Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya İnterpolla əməkdaşlıq məsələlərini müzakirə edib

    26 Noyabr 2025 21:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Orxan Qədirzadə

    Suriya Ərəb Respublikası Mərakeşin Marakeş şəhərində keçirilən 93-cü İnterpol Baş Assambleyasında beynəlxalq cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

    AzerVoice xəbər verir ki, Suriya daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini general-mayor Əbdülqadir Tahhan və İnterpolun prezidenti general-mayor Əhməd Nasser Əl-Rəisi təhlükəsizlik və prokurorluq sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən mütəşəkkil və transmilli cinayətkarlıq, eləcə də kiber cinayətlərə qarşı birgə fəaliyyət mexanizmlərini müzakirə ediblər.

    Tərəflər ölkələr arasında məlumat mübadiləsinin sürətləndirilməsi üçün İnterpolun rəqəmsal platformalarının, eləcə də süni intellektlə idarə olunan məlumat emalı sistemi və virtual analitik assistent kimi alətlərin tətbiqini nəzərdən keçiriblər.

    Görüşdə, həmçinin Suriya Daxili İşlər Nazirliyi əməkdaşları üçün peşə hazırlığının artırılması, potensialın gücləndirilməsi və təhlükəsizlik sahəsində qabaqcıl təlim proqramlarının genişləndirilməsi imkanları müzakirə olunub.

    Qeyd edək ki, 93-cü İnterpol Baş Assambleyası üzv ölkələrin nümayəndə heyətlərini bir araya gətirərək qlobal cinayət tendensiyalarını, beynəlxalq polis əməkdaşlığının gücləndirilməsini və texnoloji yeniliklərin hüquq-mühafizə sistemlərinə təsirini qiymətləndirir.

    Marakeşdəki iclasda xüsusilə texnoloji çağırışlar, sərhədlərarası cinayət şəbəkələri və məlumat mübadiləsinin daha da təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

    #Interpol #Mərakeş #Suriya Daxili İşlər Nazirliyi #Suriya Ərəb Respublikası #Marakeş şəhəri #93-cü İnterpol Baş Assambleyası #beynəlxalq cinayətkarlığa qarşı mübarizə #general-mayor Əbdülqadir Tahhan #general-mayor Əhməd Nasser Əl-Rəisi #sərhədlərarası cinayət şəbəkələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Afrika Millətlər Kuboku: Mərakeş Tanzaniyanı minimal hesabla məğlub edərək 1/4 finala yüksəldi

    5 Yanvar 2026 09:23

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    Mərakeşdə gənclərin etirazları genişlənir - «Z nəsli 212» hökumətin istefasını tələb edir

    3 Oktyabr 2025 09:52

    Mərakeş və ICAO arasında strateji aviasiya sazişi imzalanıb

    29 Sentyabr 2025 20:00

    Fransa Superkuboku 2026-da Küveytdə keçiriləcək

    27 Sentyabr 2025 14:27

    Türkiyənin texniki avadanlıq ixracı 18,5 milyard dollara çatıb

    24 Sentyabr 2025 19:00

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    28 Avqust 2025 11:40

    Türkiyə və Suriya DİN Rəhbərləri Təhlükəsizlik Əməkdaşlığını Müzakirə Edib

    4 Avqust 2025 14:34

    Suriya ordusu Suveydaya qayıdır - Atəşkəs yenidən qüvvədədir

    19 İyul 2025 12:00

    Kolumbiyada mafia lideri həbs edilib

    12 İyul 2025 18:41
    Demo
    XƏBƏR LENTİ

    Əmək və sosial müdafiə sahəsində son bir ildə görülən işlər və builki hədəflər müzakirə edilib

    Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

    4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

    Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illik yubiley gecəsi keçirilib

    İqtisadiyyat nazirinin birinci müavini Şəmkirdə vətəndaşları qəbul edib

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    Putin və Pezeşkiyan regiondakı gərginliyi müzakirə ediblər

    Keçən il Türkiyədən Qazaxıstana polad ixracı 35 milyon dolları keçib (ÖZƏL)

    Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.