Əsas səhifə » Viktor Gyökeres Arsenal yolunda

Viktor Gyökeres Arsenal yolunda

BAKI, AzerVoice

İsveçli hücumçu Viktor Gyökeres transfer dönəminin ən çox danışılan adlarından biri olub və onun yeni ünvanı artıq müəyyənləşmək üzrədir.

AzerVoice xəbər verir ki, İngiltərənin Arsenal klubu Gyökeresin transferi üçün Portuqaliyanın Sportinq klubu ilə razılığa gəlib.

Razılaşma çərçivəsində London təmsilçisi Sportinqə 63,5 milyon avro təzminat ödəyəcək. Müqaviləyə əlavə olaraq 10 milyon avro məbləğində bonus maddəsi də daxil edilib.

Viktor Gyökeres geridə qalan mövsümdə Sportinq forması ilə bütün turnirlərdə 52 oyunda 54 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Bu çıxışı ilə o, Avropa klublarının diqqətini cəlb edib və xüsusilə Premyer Liqa təmsilçiləri arasında transfer rəqabətinə səbəb olub.

Arsenal rəhbərliyi hücum xəttini gücləndirmək üçün atdığı bu addımla 2024/25 mövsümündə daha iddialı çıxış etməyi hədəfləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice