BAKI, AzerVoice
Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekdilliklə razılaşdırıblar.
AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas X sosial şəbəkəsində paylaşım edib.
Kallasın açıqlamasına görə, yeni paket “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı əlavə məhdudiyyətləri, eləcə də Rusiya neftinə tətbiq olunacaq yeni qiymət tavanını əhatə edir.
“Avropa İttifaqı öz prinsipial mövqeyində qətiyyətlidir. Bu günə qədər qəbul edilmiş ən sərt sanksiya paketlərindən birini təsdiqlədik,” – deyə Kallas bildirib.
Xatırladaq ki, Slovakiya Baş naziri Robert Fitso daha əvvəl bildirib ki, ölkəsi sonda 18-ci sanksiyalar paketinin qəbuluna mane olmayacaq.