Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Andrea Pirlo BƏƏ klubuna baş məşqçi təyin olundu

    25 İyul 2025 17:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İtaliya futbolunun əfsanəvi simalarından biri olan Andrea Pirlo yenidən məşqçiliyə qayıdıb.

    AzerVoice xəbər verir ki, Milan və Yuventus komandalarında keçmiş parlaq karyerası ilə tanınan Pirlo, Birləşmiş Ərəb Əmirliklərinin ikinci liqasında çıxış edən “Dubai United” klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

    “United FC Andrea Pirlonun birinci komandanın baş məşqçisi təyin olunduğunu rəsmi olaraq elan etməkdən məmnundur. O, klubun dəyərlərini və hədəflərini özündə təcəssüm etdirir və komandamızı növbəti mərhələyə daşıyacaq əsas fiqurlardan biri olacaq,” – klubun prezidenti İlie Çebanu açıqlamasında bildirib.

    Pirlo bu vəzifəyə sonuncu iş yerindən – İtaliya B Seriyasında çıxış edən “Sampdoria” klubundakı fəaliyyətdən cəmi 11 ay sonra təyin edilib. O, 2023-cü ilin iyulundan 2024-cü ilin avqustunadək “Sampdoria”ya rəhbərlik etmiş, lakin zəif nəticələr səbəbindən 29 avqust 2024-cü ildə postunu tərk etmişdi.

    İtaliyalı mütəxəssisin daha əvvəlki məşqçilik təcrübələri arasında “Juventus” (2020–2021) və Türkiyənin “Fatih Karagümrük” klubları da yer alır. Hər iki klubda Pirlo ilə əməkdaşlıq gözləniləndən əvvəl başa çatmışdı.

    2022-ci ildə təsis olunan “Dubai United” klubunun əsas məqsədi BƏƏ Pro Liqasına vəsiqə qazanmaqdır. Pirlo artıq Dubayda yerləşərək, yeni mövsüm hazırlıqlarına start verib. Komanda ilk oyununu 20 sentyabrda səfərdə “Əl-Ta'id” klubuna qarşı keçirəcək.

    #Türkiyə #BƏƏ #İtaliya #Dubay #Fatih Karagümrük #Yuventus #Milan #Trendyol Superliqası #İtaliya Birinci Futbol Liqası (A Seriyası)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 99 mənzilli yaşayış kompleksi inşa olunacaq

    6 Yanvar 2026 14:00

    "Qalatasaray" Türkiyə Superkubokunda finala yüksəlib

    6 Yanvar 2026 09:09

    BƏƏ su qıtlığına qarşı innovativ həllər üçün 1 milyon dollarlıq mükafat təqdim edir

    5 Yanvar 2026 16:23

    Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etirazlar keçirilib

    5 Yanvar 2026 16:07

    Türkiyədə yeni Ədliyyə binasının tikintisi üçün tender elan edilib

    5 Yanvar 2026 14:00

    Ərdoğan Türkiyənin Putin və Zelenski ilə birbaşa təmas qurmağa hazır olduğunu bildirib

    5 Yanvar 2026 13:24

    Prezidentə edilən hər təhdid Türkiyəyə qarşı yönəlib - Ömər Çelik

    5 Yanvar 2026 12:35

    Türkiyənin F-35 proqramına qayıdışı NATO-nun təhlükəsizliyi üçün zəruridir - Ərdoğan

    5 Yanvar 2026 12:30

    TOGG 2025-ci ildə hədəflərinə çatdı: satışlarda rekord göstərici

    4 Yanvar 2026 19:17

    OPEC+ neft hasilatını sabit saxlayacaq

    4 Yanvar 2026 17:08

    Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükü sazişi imzalanıb

    4 Yanvar 2026 16:15

    Honda Civic Türkiyə bazarından çıxarılır

    4 Yanvar 2026 15:51
    Demo
    XƏBƏR LENTİ

    SDQ qüvvələrinin Hələbə pilotsuz hücumu Suriya ordusunda itkilərə səbəb olub

    Qazaxıstanda 2026-cı il “Rəqəmsallaşma və Süni İntellekt İli” elan edildi

    Birgə maliyyələşmə proqramı üzrə 4800-ə yaxın şəxs işlə təmin edilib

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    Venesuelada “ilk döyüşçü” : Siliya Qavidiya Flores kimdir?

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Omanın Kiçik və Orta Müəssisələrin İnkişafı Qurumunun sədri ilə görüşüb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Sultan Qabus Böyük Məscidini də ziyarət edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkəti tərəfindən həyata keçirilən layihələrlə tanış olub

    ASELSAN-ın 8x8 KORKUT hava müdafiə sistemi atış sınaqlarını uğurla başa vurub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.