Əsas səhifə » Türkiyə ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşəcəyinə ümid edir - Hakan Fidan

Türkiyə ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşəcəyinə ümid edir - Hakan Fidan

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rusiya, ABŞ və Ukrayna liderlərinin İstanbulda tezliklə görüşəcəyinə ümid etdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə o, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun nəticələrini şərh edərkən deyib.

“Ümid edirəm ki, bu yaxınlarda bu baş verəcək. İnanıram ki, prezidentimizin rəhbərliyi altında hər üç lider İstanbulda bir araya gələcək” - deyə, Fidan vurğulayıb.

Qeyd edək ki, iyulun 23-də İstanbulda keçirilən Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunda tərəflərin nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rüstəm Umerov görüş öncəsi təkbətək söhbət aparıblar. Daha sonra heyətlər arasında danışıqlar təxminən 40 dəqiqə davam edib. Bu müddətdə hər iki tərəf təqdim olunan memorandum layihələrindəki mövqeləri müzakirə edib.

Görüş nəticəsində yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Moskva Ukraynaya daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə və cəbhə xəttində yaralı və həlak olanların toplanması üçün qısa müddətli humanitar fasilələrin bərpasına çağırıb.

Medinski bildirib ki, danışıqların dördüncü raunduna dair qərar, əldə olunmuş yeni razılaşmaların yerinə yetirilməsindən sonra veriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice