Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Hizbullah rəsmisi: Müqavimət silahının ləğvi Livanın yox olması deməkdir

    27 İyul 2025 00:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – Hizbullah Siyasi Şurasının üzvü və sabiq nazir Mahmud Qamati ABŞ-ın Livandakı “müqavimət silahı”na son qoyulması çağırışlarına cavab olaraq bildirib ki, belə bir addım ölkənin məhv olması ilə nəticələnə bilər.

    Qamati bu fikri partiyanın Beyrutdakı “İmam Müctəba” kompleksində təşkil etdiyi anım mərasimində səsləndirib. Onun sözlərinə görə, “region üçün hazırlanan plan çox təhlükəlidir və Livanı yalnız milli birlik xilas edə bilər.”

    ABŞ-ın Suriyaya xüsusi elçisi Tomas Barak daha əvvəl bəyan etmişdi ki, əgər Livan hökuməti silahların yalnız dövlətin nəzarətində olmasını təmin etməsə, ölkə Suriyanın təsir dairəsinə salına bilər.

    Hizbullah: “Silahımız bizim gücümüz və Livanın dayağıdır”

    “Biz heç bir dövlətin qolu deyilik. Biz bu vətənin silahı, gücü və dayağıyıq. Silahımızdan imtina etsək, bu Livanın süqutu deməkdir.”-deyə, Qamati bildirib.

    Bu açıqlama Livan cəmiyyətində və siyasi dairələrdə geniş müzakirəyə səbəb olub. Çünki ölkənin ciddi iqtisadi və sosial böhran yaşadığı bir dönəmdə, Hizbullahın silahlı statusunun davam etməsi xarici investisiya və beynəlxalq dəstəyə maneə kimi görülür.

    Livan cəmiyyətində bölünmə davam edir

    ABŞ rəsmisinin açıqlaması bir çox livanlının dövlətin tam suverenliyinin təmin olunması və silahların yalnız rəsmi orqanlarda toplanması tələbini dəstəklədiyini göstərib. Bu, həm də ölkənin beynəlxalq dəstək və investisiyalara çıxışının açarı kimi qiymətləndirilir.

    Lakin Hizbullah tərəfdarları bunu Livanı zəiflətmək və İsrailin maraqlarına xidmət kimi qiymətləndirir. Partiya, silahların ləğvini “İsrailə xidmət” və “regiondakı müqavimət xəttini zəiflətmək” cəhdi kimi təqdim edir.

    Vaşinqtonun alternativ planı: Livanı yenidən Suriyanın təsirinə salmaq?

    Tomas Barakın bəyanatı Livanın Suriyaya yenidən bağlı vəziyyətə gətirilə biləcəyi ehtimalını gündəmə gətirib. Bu isə Livan cəmiyyətində narahatlıq doğurur, çünki ölkə onillərlə Suriya rejiminin nəzarətində olub və bu keçmişin təkrarlanması istənilmir.

    Müşahidəçilər hesab edirlər ki, ABŞ Livanın rəsmi qurumlarının acizliyi fonunda Hizbullahın təsirini zəiflətmək üçün bu təhdid vasitəsilə təzyiqi artırmaq istəyir. Vaşinqton artıq Livan liderlərinin vaxt udmaq siyasətindən narahatdır və konkret nəticələr gözləyir.

    Hizbullahın müqavimət silahını “Livanın varlığının əsas şərti” kimi təqdim etməsi ölkədəki dövlətçilik prinsipinə qarşı çıxmaq kimi dəyərləndirilir. Beynəlxalq ictimaiyyət və ABŞ isə Livanın xilası üçün silahların yalnız dövlətin əlində cəmlənməsini tələb edir.

    Lakin görünən odur ki, Hizbullah bu istiqamətdə heç bir geri addım atmaq niyyətində deyil – istər daxili təzyiqlər, istərsə də xarici təhdidlər qarşısında.

    #Livan #livan xin #Livan xəbərləri #Beyrut hava limanı xəbərləri #Livan hava limanı böhranı #Livan ordusu #İsrail və Livan münaqişəsi #İraq və Livan siyasəti #Livan parlamenti #Livanın cənubu #Livan siyasəti 2025 #Livan iqtisadiyyatı və islahatlar #İsrail Livan münasibətləri #Taif Konstitusiyası və Livan #Livanda silahlı qruplar və dövlət #Livanda prezident seçkiləri #Livanda regional siyasət #Livan siyasəti #Livan Baş naziri #Livan siyasi sui-qəsdləri #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Suriya rejimi və Livan siyasəti #Beyrut hava limanı #Livan ordusu və Hizbullah qarşıdurması #Livan və Suriya sərhədində qarşıdurmalar #Suriya Gələcəyinə Dəstək konfransı və Livan nümayəndələri #Livan-Suriya sərhədində qaçqın böhranı #Suriya tərəfdən Livana açılan atəşlər və mülki itkilər #Livan-Suriya münasibətlərində yeni mərhələ #İran və Hizbullah dəstəyi #Suriya-Livan sərhədi #Hizbullahın silahsızlaşdırılması #Suriya İsrail Livan geosiyasəti #Beyrut kazarma hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Livanın cənubunda sülhməramlıların yaxınlığına atəş açılıb - UNIFIL

    3 Yanvar 2026 09:40

    İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

    2 Yanvar 2026 16:26

    Nə üçün Hizbullah silahları dövlətə təhvil verməkdən imtina edir ?

    29 Dekabr 2025 10:00

    UNIFIL Cənubi Livanda ciddi pozuntu barədə xəbərdarlıq etdi

    27 Dekabr 2025 09:54

    Livan Prezidenti parlament seçkilərinin vaxtında keçiriləcəyini təsdiqləyib

    25 Dekabr 2025 15:53

    Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

    25 Dekabr 2025 15:46

    İsrail Livanın cənubuna dron hücumu həyata keçirib

    25 Dekabr 2025 12:41

    MOSSAD Livanda gizli əməliyyat keçirdi

    25 Dekabr 2025 09:27

    Ərdoğan Livan Prezidenti ilə regional sabitlik və əməkdaşlığı müzakirə edib

    23 Dekabr 2025 20:06
    Demo
    XƏBƏR LENTİ

    Eduard Bernays qadınları siqaretə necə yönəltdi?

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.