17
BAKI, AzerVoice
İspaniyanın "Atletik Bilbao" klubunun futbolçusu Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq meydandan kənarlaşdırılıb.
AzerVoice xəbər verir ki, bu barədə "Mundo Deportivo" qəzeti məlumat yayıb.
Məlumata görə, dopinq testi UEFA Avropa Liqasının "Mançester Yunayted"ə qarşı ilk yarımfinal matçından sonra götürülüb.
30 yaşlı müdafiəçi 2016-cı ildən "Atletik"in əsas komandasında çıxış edir və bu müddət ərzində 257 oyunda iştirak edib. Yeray Alvares 2021-ci ildə İspaniya Superkubokunun, ötən il isə İspaniya Kubokunun qalibi olub.