Əsas səhifə » Hakan Fidan PKK-nın tərksilah prosesi ilə bağlı açıqlama verib

Hakan Fidan PKK-nın tərksilah prosesi ilə bağlı açıqlama verib

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, PKK terror təşkilatının bir qrup üzvünün silahlarını təhvil verməsi ilə bağlı açıqlama verərək, bu hadisəni "Terrorsuz Türkiyə" hədəfi üçün çox əhəmiyyətli və sevindirici bir addım kimi qiymətləndirib.

AzerVoice xəbər verir ki, bu barədə Hakan Fidan "X" sosial şəbəkəsində yazıb.

"Bu gün 'Terrorsuz Türkiyə' hədəfi istiqamətində çox əhəmiyyətli və sevindirici bir addım atıldı. Bu hadisənin, terrorun aradan qaldırılmasını təmin edəcək bir prosesə çevrilməsi xalqımızın ortaq arzusudur. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan tarixi bir liderlik nümayiş etdirmiş və MHP (Milliyətçi Hərəkat Pariyası) sədri cənab Devlet Bahçeli ilə birlikdə güclü və qətiyyətli bir iradə ortaya qoymuşdur.

Bu iradəni həyata keçirmək üçün çalışan bütün dövlət nümayəndələrimizi təbrik edirəm" - deyə, o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice