Əsas səhifə » Napoli Darvin Nunezi transfer etmək istəyir

Napoli Darvin Nunezi transfer etmək istəyir

BAKI, AzerVoice

İtaliyanın son çempionu Napoli İngiltərənin Liverpul klubunun hücumçusu Darvin Nunezi heyətinə qatmaq üçün ilk rəsmi təklifini irəli sürüb.

AzerVoice xəbər verir ki, Neapol təmsilçisi 55 milyon avro (50 milyon avro əsas məbləğ və 5 milyon avro bonus) dəyərində transfer paketi təqdim edib.

Baş məşqçi Antonio Konte 2025/26 mövsümündən öncə komandanın hücum xəttini gücləndirməyə çalışır. Napoli rəhbərliyi futbolçunun agenti Fali Ramadani ilə görüş keçirib və uruqvaylı hücumçunu əsas transfer hədəflərindən biri elan edib.

Napoli həmçinin Udinezenin gənc hücumçusu Lorenso Lukkaya da maraq göstərir. Lakin klubun əsas prioriteti məhz Darvin Nunezdir.

Transferin baş tutacağı halda, Napoli futbolçuya illik 5–6 milyon avro arası maaş təklif etməyə hazırdır. Bu məbləğ və transfer paketi, Lukkanı transfer etmək üçün lazım olacaq xərclərin təxminən ikiqatıdır.

Qeyd olunur ki, cənubi amerikalı futbolçu yay transfer dönəmində Liverpuldan ayrılmağa açıqdır. Nunezin İtaliyada Antonio Konte ilə işləməyə istəkli olması, transferin baş tutma ehtimalını artırır. Hazırda qərarın Napoli və Liverpul rəhbərləri arasında aparılacaq razılaşmadan asılı olduğu bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice