BAKI, AzerVoice
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, İlon Maskın yeni siyasi partiya yaratması onun rəhbərlik etdiyi şirkətlərin idarə heyətlərində narahatlıq yaradıb.
AzerVoice xəbər verir ki, bu barədə o CNN telkenalına verdiyi müsahibədə danışıb.
Bessentin fikrincə, bu heyətlər Maskı yenidən sahibkarlıq fəaliyyətinə qayıtmağa təşviq etməyə çalışacaqlar.
“Əgər sorğuların nəticələrinə baxsaq, görünür ki, insanların marağı daha çox DOGE (ABŞ Hökümətinin Səmərəliliyi Departamenti) prinsiplərinədir, İlon Maskın özünə yox. Düşünürəm ki, onun bəzi şirkətlərindəki idarə heyətləri onun yenidən rəhbərliyə qayıtmasını istəyirlər, çünki o bu sahədə digərlərindən daha yaxşı nəticə göstərir. İnanıram ki, onlar dünənki açıqlamadan məmnun qalmayıblar və Maskın siyasətdən çox sahibkarlığa fokuslanmasını istəyəcəklər”.
Qeyd edək ki, İlon Mask iyulun 5-də "X" sosial şəbəkəsində keçirilən sorğunun nəticələrinə əsasən yeni siyasi partiya yaradacağını açıqlayıb. Mask bu təşəbbüsün əsas məqsədini “azadlığın bərpası” kimi təqdim edib. Sorğuda 1,2 milyondan çox istifadəçi iştirak edib və onların 65,4 faizi yeni partiyanın yaradılmasına dəstək verib.
İyulun 6-da isə İlon Mask ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edərək yeni partiyanın qeydiyyatını rəsmiləşdirməyə çalışıb. Partiyanın adı “Amerika Partiyası” (America Party, AMEP) olacaq.