8
BAKI, AzerVoice
Almaniyada trek üzrə velosiped yarışları zamanı iki iştirakçı saatda 60 km sürətlə zolaqdan çıxaraq tamaşaçılara çırpılıb.
AzerVoice xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Hadisə Reynland-Pfalz federal torpağında yerləşən Dudenhofen icmasında keçirilən Almaniya çempionatı zamanı baş verib. Yarış dərhal dayandırılıb. Yaralanan tamaşaçılardan ən azı ikisinin vəziyyəti ağırdır və onlar təcili tibbi helikopterlə xəstəxanaya aparılıb.