14
BAKI, AzerVoice
"Bavariya" klubunun futbolçusu Camal Musiala, "Paris Sen-Jermen"in qapıçısı Canluici Donnarumma ilə toqquşmadan sonra meydanı xərəkdə tərk edib.
AzerVoice-un məlumatına görə, Almaniya millisinin 22 yaşlı yarımmüdafiəçisi, Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən oyunun ilk hissəsinin sonlarında zədələnib. Hər iki oyunçu Fransız klubunun cərimə meydançasında top uğrunda mübarizə apararkən toqquşub.
Təkrar görüntülərdə Musialanın topuğunun qeyri-təbii şəkildə burxulduğu aydın görünür.
Musiala meydanı tərk etdikdən sonra fasilədə Serj Qnabri ilə əvəzlənib.