15
BAKI, AzerVoice
Pervin Buldan, Mithat Sancar və Özgür Faik Eroldan ibarət olan DEM Partiyasının İmralı heyəti, PKK terror təşkilatının başçısı Abdullah Öcalanla görüşmək üçün İmralı adasına gedib.
AzerVoice xəbər verir ki, heyətin həmçinin bu həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da bir görüş keçirməsi gözlənilir.
Qeyd edək ki, DEM Partiyası heyəti sonuncu dəfə 18 may tarixində İmralı adasına gedərək Abdullah Öcalanla görüşmüşdü.
Bu səfər heyətin İmralıya beşinci səfəri olub. Təxminən 2,5 saat davam edən həmin görüşdən sonra Öcalanın prosesə dair ümidli olduğu qeyd edilmişdi.