BAKI, AzerVoice
İspaniya təmsilçisi İliya Topuriya UFC-nin yüngül çəki dərəcəsində vakant çempionluq kəməri uğrunda döyüşdə braziliyalı Çarlz Oliveyraya qalib gəlib.
AzerVoice xəbər verir ki, UFC 317 turniri ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində keçirilib.
Görüş ilk raundda nokautla başa çatıb.
Xatırladaq ki, yüngül çəki üzrə UFC çempionluq titulu ötən ilin may ayında rusiyalı İslam Maxaçevin bu çəki dərəcəsini tərk edərək yarımorta çəkiyə keçməsi ilə vakant elan olunmuşdu. Maxaçev bu kəməri 2022-ci ilin oktyabrından etibarən daşıyırdı və dörd dəfə uğurla müdafiə etmişdi. O, çempion titulunu məhz Oliveyraya qarşı vakant döyüşdə qələbə qazanaraq əldə etmişdi.
Məlumat üçün bildirək ki, 28 yaşlı Topuriya peşəkar MMA-da məğlubiyyətsiz 17 qələbə ilə irəliləyir. O, əvvəllər yarıyüngül çəki dərəcəsində UFC çempionu olub və bir uğurlu müdafiədən sonra çəki dəyişmək qərarına gəlib. 35 yaşlı Çarlz Oliveyranın aktivində 35 qələbə, 11 məğlubiyyət və bir nəticəsiz döyüş var. O, 2021–2022-ci illərdə yüngül çəki üzrə UFC çempionu olmuşdu.