Əsas səhifə » Güləşçimiz Türkiyədə çempion oldu

Güləşçimiz Türkiyədə çempion oldu

BAKI, AzerVoice

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.

AzerVoice Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadənxəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışa start verilib.

Ali Tsokayev 86 kq-da uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da memorialda qazanılan medalların sayı 8-ə çatıb. Ötən gün yunan-Roma güləşində 2 gümüş, 1 bürünc, qadın güləşində isə 1 gümüş və 2 bürünc medal əldə edilib.

Ənənəvi turnirin son günündə millinin 5 üzvü xalçaya çıxacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice