Əsas səhifə » Inter Mayami, Porto üzərində qələbə qazandı – Messi yenidən səhnədə

Inter Mayami, Porto üzərində qələbə qazandı – Messi yenidən səhnədə

Bakı, AzerVoice

2025 FIFA Klublar Dünya Kubokunun A qrupunda ABŞ təmsilçisi Inter Mayami Portuqaliya klubu Porto üzərində 2:1 hesablı qələbə qazanıb.

AzerVoice xəbər verir ki, oyun ABŞ-ın Atlanta şəhərində yerləşən Mercedes-Benz stadionunda keçirilib.

Görüşün ilk hissəsində Porto üstünlük qazanıb. 8-ci dəqiqədə Samu Aghehova penalti zərbəsindən fərqlənərək hesabı açıb.

İkinci hissədə oyunun gedişi dəyişib. 47-ci dəqiqədə Telasco Segovia, 54-cü dəqiqədə isə argentinalı ulduz Lionel Messi Inter Mayami üçün qol vuraraq yekun nəticəni müəyyənləşdirib – 2:1.

Bu qələbə Inter Mayami üçün A qrupundakı ikinci oyunda mühüm üstünlük təmin edib.

Digər Kateqoriyalar

2025 © Azervoice