Əsas səhifə » PSJ-dən gözlənilməz nəticə

PSJ-dən gözlənilməz nəticə

BAKI, AzerVoice

2025 FIFA Klublar Dünya Kubokunun B qrupunda gözlənilməz nəticə qeydə alınıb.

AzerVoice xəbər verir ki, Braziliyanın Botafoqo komandası Fransa nəhəngi PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6 xalla qrup liderliyini ələ alıb və növbəti mərhələyə vaxtından əvvəl vəsiqə qazanıb.

Qrupun digər oyununda Atletiko Madrid ABŞ təmsilçisi Seattle Soundersi 3:1 hesabı ilə üstələyib.

Bu nəticələrlə həm PSJ, həm də Atletiko 3 xalla ikinci və üçüncü yerləri bölüşür. Seattle Sounders isə keçirdiyi hər iki oyunu uduzaraq hələ də xal toplaya bilməyib.

B qrupunun son turu 24 iyun tarixində keçiriləcək. Həmin gün Atletiko Madrid Botafogo ilə, PSJ isə Seattle Sounderslə qarşılaşacaq. Atletiko üçün yalnız qələbə növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət edəcək. PSJ isə heç-heçə ilə də irəliləyə bilər – lakin bu halda Botafoqo məğlub olmamalıdır. Seattle Sounders üçün isə bu görüş formal xarakter daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice