BAKI,AzerVoice
ABŞ-ın Kaliforniya ştatında keçirilən 2025 FIFA Klublararası Dünya Kubokunda mübarizəyə start verən İtaliyanın İnter klubu ilk oyununda xal itirib.
AzerVoice xəbər verir ki, turnirin E qrupunda Monterreylə qarşılaşan A seriyası təmsilçisi meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.
Qarşılaşma Kaliforniyadakı məşhur “Rose Bowl” stadionunda baş tutub. Meksika təmsilçisinin heyətində hesabı Serxio Ramos açıb. Müdafiəçi künc zərbəsindən sonra topu qapıdan keçirərək komandasını önə çıxarıb.
Cavab qolu isə 63-cü dəqiqədə Lautaro Martinesdən gəlib. Argentina millisinin forvardı müdafiənin səhvindən sonra topu tora göndərib.
Bu nəticədən sonra hər iki komanda turnirə 1 xalla başlayıb.
Turnirin F qrupunda isə Cənubi Afrikanın “Mamelodi Sundowns” klubu ilk oyununda Cənubi Koreyanın “Ulsan Hyundai” komandasına minimal hesabla qalib gəlib. Görüşün yeganə qolunu Rayners vurub.