Əsas səhifə » "Leyptsiq" Barış Alper Yılmazı heyətinə qatmaq istəyir

"Leyptsiq" Barış Alper Yılmazı heyətinə qatmaq istəyir

BAKI, AzerVoice

Bundesliqa təmsilçisi “Leyptsiq” "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz üçün kluba 18 milyon avro təklif edib.

AzerVoice xəbər verir ki, bu barədə Alman KİV-i məlumat yayıb.

Buna baxmayaraq, "Qalatasaray" bu təklifi yetərli hesab etməyərək geri qaytarıb.

Qeyd edək ki, daha öncə Leroy Saneni heyətinə qatan “Qalatasaray”ın bu transferin ardından Barış Alper Yılmazın ayrılığına razılıq verdiyi bildirilir. Klub rəhbərliyi 25 yaşlı futbolçunun transferindən azı 30 milyon avro gəlir əldə etməyi hədəfləyir. Eyni zamanda, gələcək satışdan 15 faizlik pay maddəsinin müqaviləyə əlavə olunması da “Qalatasaray”ın tələbləri arasındadır.

Barış Alper Yılmazın inkişaf potensialına inanan “Leyptsiq”in bu məbləği ödəməyə hazır olduğu və transferin yaxın günlərdə rəsmiləşə biləcəyi iddia olunur.

Barış Alper Yılmaz 2023–2024 mövsümündə “Qalatasaray” heyətində 48 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib. Mövsümün əvvəlində İngiltərənin “Vest Ham Yunayted” klubu da futbolçuya 25 milyon avro təklif etmiş, lakin bu təklif də qəbul edilməmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice