12
BAKI,AzerVoice
Qalatasaray ilə müqaviləsi başa çatan belçikalı hücumçu Dries Mertens, peşəkar futbol karyerasını rəsmi olaraq başa vurduğunu bəyan edib.
AzerVoice xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə açıqlamanı sosial media hesabı vasitəsilə yayımlayıb.
O, yaxın dostu və sabiq komanda yoldaşı Marek Hamsikin yubiley oyununda son dəfə meydana çıxacağını bildirib.
“Əziz Marek, futbolu buraxmışam, amma sənin üçün son dəfə meydana çıxacam” – deyə Mertens vida mesajında qeyd edib.
Qeyd edək ki, Mertens 2022-ci ilin yayında Qalatasaray-a transfer olub. O, sarı-qırmızılı forma ilə üç mövsüm ardıcıl Türkiyə çempionluğu yaşayıb. Bu müddətdə Qalatasaray heyətində 134 oyuna çıxıb, 25 qol vurub, 36 qol ötürməsi ilə yadda qalıb.