Əsas səhifə » "Fulhem" "Fənərbağça"nın hücumçusu En-Nesiri ilə maraqlanır

"Fulhem" "Fənərbağça"nın hücumçusu En-Nesiri ilə maraqlanır

BAKI, AzerVoice

İngiltərənin "Fulhem" klubu Türkiyənin "Fenerbağça" klubunda çıxış edən mərakeşli hücumçu Yusuf En-Nesirini heyətinə qatmaq istəyir.

AzerVoice xəbər verir ki, bu barədə Africa Foot portalı məlumat yayıb.

Portalda yer alan xəbərə görə, Premyer Liqa klubları artıq bir müddətdir En-Nesiri ilə maraqlanır. "Fulhem" onun performansından sonra 27 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Yusuf En-Nesiri bu mövsüm "Fenerbağça"nın heyətində 49 oyunda iştirak edib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.

Hazırda transfer bazarındakı dəyəri 24 milyon avro olan En-Nesirinin "Fenerbağça" ilə 2029-cu ilə qədər müqaviləsi var.

Digər Kateqoriyalar

2025 © Azervoice