Əsas səhifə » Bivol və Beterbiyev Ər-Riyada yenidən rinqə çıxır

Bivol və Beterbiyev Ər-Riyada yenidən rinqə çıxır

BAKI, AzerVoice

Yarımyüngül çəki dərəcəsində keçmi dünya çempionu Dmitri Bivol ilə hazırkı dünya çempionu Artur Beterbiyev arasında üçüncü döyüşün bu ilin oktyabr və ya noyabr ayında keçirilməsi planlaşdırılır.

AzerVoice xəbər verir ki, bu barədə Bivolun promouteri, tanınmış britaniyalı boks təşkilatçısı Eddi Hörn açıqlama verib.

O, jurnalist Kris Meniksin podkastına müsahibəsində Səudiyyə Ərəbistanının idman təşəbbüslərinin başında duran şahzadə Turki Əl-Şeyx ilə razılığa gəldiklərini bildirib.

“Bu döyüşün oktyabr və ya noyabrda baş tutacağını düşünürəm. Dmitrinin əvvəlki döyüşdən sonra yüngül zədəsi var idi, lakin o, vaxtında hazır olacaq. Trilogiyada daha yaxşı çıxış edəcəyinə inanıram,” – deyə Hörn qeyd edib.

Qeyd edək ki, Bivol və Beterbiyev arasında ilk döyüş 2024-cü ilin 13 oktyabrında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutub. O vaxt hakimlərin qərarı ilə Beterbiyev 115-113 və 116-112 hesablı üstünlüklə qalib elan olunub, üçüncü hakim isə heç-heçə (114-114) qərarı verib. Bu nəticə ilə Beterbiyev WBC, IBF və WBO titullarını birləşdirərək mütləq dünya çempionu elan edilib. Bivol isə karyerasında ilk məğlubiyyətini alıb.

2025-ci il fevralın 22-də eyni məkanda keçirilən revanş görüşündə Bivol bu dəfə hakimlərin qərarı ilə (114-114, 116-112, 115-113) qələbə qazanaraq titullarını geri alıb.

Digər Kateqoriyalar

2025 © Azervoice