Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İdman

    Türkiyə millisinin 2026 Dünya Çempionatı seçmə mərhələsindəki ilk ev oyunu İspaniyaya qarşı olacaq

    9 May 2025 15:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə Futbol Federasiyasının (TFF) yaydığı məlumata görə, A Millî Komanda 2026 FIFA Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə sentyabr ayında başlayacaq. Türkiyə, E qrupundakı ilk ev qarşılaşmasını 2024 Avropa çempionu İspaniya ilə keçirəcək.

    AzerVoice xəbər verir ki, 7 sentyabr bazar günü saat 22:45-də start götürəcək oyun Konya şəhərində yerləşən Medaş Konya Böyükşəhər Stadionunda baş tutacaq.

    TFF-nin açıqlamasında qeyd olunur ki, A Millî Komanda Konya stadionunda daha əvvəl 8 oyuna çıxıb. Bunların 7-si rəsmi, biri isə yoldaşlıq matçı olub. Türkiyə bu görüşlərdə 4 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət alıb. Komanda ümumilikdə 15 qol vurub, 7 qol buraxıb.

    Medaş Konya Böyükşəhər Stadionu, daha əvvəl unudulmaz oyunlara da ev sahibliyi edib. Burada Türkiyə millisi EURO 2016 seçmə mərhələsində Hollandiya və İslandiyanı, EURO 2020-də Fransa, EURO 2024-də isə Latviyanı məğlub edib. Xüsusilə 2015-ci ildə İslandiyaya Selçuk İnanın son dəqiqə qolu ilə qalib gəlinməsi və 2019-cu ildə Fransaya qarşı tarixi 2:0 hesablı qələbə xatırlanır. 2023-cü ildə isə Türkiyə Latviya üzərində 4:0 hesablı ilk ev qələbəsini qazanaraq EURO 2024-ə vəsiqə əldə etmişdi.

    Türkiyə millisi seçmə mərhələdəki ilk oyununu 4 sentyabr cümə axşamı Gürcüstana qarşı səfərdə keçirəcək. Görüş Tiflisdəki Boris Paichadze Milli Stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    #Türkiyə #TFF #2026 Dünya Çempionatı seçmə mərhələ #Türkiyə İspaniya oyunu #EURO 2024 Türkiyə #Gürcüstan Türkiyə oyunu 2024 #Türkiyə Fransa futbol oyunu #Türkiyə futbol tarixi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    İstanbulda “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” proqramı başa çatıb

    16 Fevral 2026 15:37

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    16 Fevral 2026 13:52

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    16 Fevral 2026 13:29

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26
    XƏBƏR LENTİ

    Qəzzada sülh diləyi ilə qarşılanan Ramazan

    Səudiyyə, Türkiyə və Misirdən birgə bəyanat: İsrail beynəlxalq hüququ pozur

    Livan və Suriya cəbhələri birləşir: İsrailin yeni hərbi strategiyası

    Ramazan ayı ilə bağlı fətva verildi

    “Qarabağ”ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq

    Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi

    Ruben Vardanyana hökm oxunur

    Türkiyənin İskenderun limanında xarici bayraqlı gəmilər üstünlük təşkil edib (ÖZƏL)

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.