Əsas səhifə » Barselona Çempionluğu Rəsmiləşdirə Bilər

Barselona Çempionluğu Rəsmiləşdirə Bilər

BAKI, AzerVoice

Avropanın beş aparıcı futbol ölkəsində (İspaniya, İtaliya, İngiltərə, Almaniya və Fransa) mövsümün sonuna doğru çempionluq yarışları daha da gərginləşib.

AzerVoice xəbər verir ki, Fransa, İngiltərə və Almaniyada çempionlar artıq bəlli olsa da, İspaniyada həyəcan davam edir.

La Liqa çərçivəsində keçirilən möhtəşəm “El Klasiko”da Barselona, evdə Real Madrid üzərində 4:3 hesablı qələbə qazanaraq çempionluğa doğru mühüm addım atıb. Kataloniya təmsilçisinin qollarını Erik Qarsiya, Lamin Yamal və Rafinhanın dublu təmin edib. Real Madrid-in bütün qollarını isə het-trik edən Kilian Mbappe vurub.

Hazırda turnir cədvəlinin zirvəsində 82 xalla yer alan Barselona, 15 mayda səfərdə Espanyol ilə keçiriləcək oyunda qalib gələcəyi təqdirdə, çempionluğu rəsmiləşdirəcək. Alternativ olaraq, Real Madrid 14 mayda öz meydanında “Mayorka” ilə oyunda xal itirərsə, Barselona çempion olacaq.

35 turdan sonra La Liqa cədvəlində vəziyyət belədir:

1. Barselona – 82 xal

2. Real Madrid – 75 xal

3. Atletiko Madrid – 70 xal

Digər Kateqoriyalar

2025 © Azervoice