BAKI,AzerVoice
Xabi Alonso Klublararası Dünya Çempionatında "Real Madrid"in baş məşqçisi olacaq.
AzerVoice xəbər verir ki, Madrid klubu və tolosalı mütəxəssis yeni layihənin elə yayda ABŞ-da keçiriləcək bu turnirdə başlanmasına qərar verib.
Bu qərar keçən həftə klub rəhbərliyi və Alonso arasında keçirilən görüşdə verilib.
Klub məşqçiyə demək olar ki, seçim haqqı tanımayıb. Klub hesab edir ki, bu qədər vacib turnirdə Alonsonu evdə qoymaq və təcrübəsiz bir müvəqqəti məşqçiyə etibar etmək mənasızdır.
Sıx təqvim də bu qərarın verilməsində rol oynayıb. Klub Karlo Ançelottinin gedişindən sonra keçid dövrü olmadan birbaşa Alonsonu gətirir. O, komandaya həm yarış şəraitində uyğunlaşmalı, həm də avqustdan etibarən formalaşdırılacaq yeni heyətə hazır olmalıdır.
Xabi Alonsonun vəziyyəti Karlo Ançelotti ilə bənzərlik təşkil edir. Ançelotti Real Madriddən ayrıldıqdan bir həftə sonra Braziliya yığmasına rəhbərlik etməyə başlayacaq.