BAKI, AzerVoice
Braziliyanın futbol üzrə milli komandası, baş məşqçilik vəzifəsi üçün İtaliyalı tanınmış mütəxəssis Karlo Ançelotti ilə razılığa gəlib.
AzerVoice xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının verdiyi açıqlamada deyilir.
Açıqlamada bildirilib ki, Ançelotti 2026 Dünya Çempionatına qədər Braziliya yığmasına rəhbərlik edəcək və gələn ay Ekvador və Paraqvaya qarşı keçiriləcək Cənubi Amerika Dünya Çempionatı seçmə oyunlarında komandanın başında olacaq.
"Ançelottini Braziliya yığmasına baş məşqçi təyin etmək təkcə strateji bir addım deyil. Bu qərarla zirvəyə qayıtmaq əzmimizi nümayiş etdiririk. O, futbol tarixinin ən böyük məşqçilərindən biridir və artıq planetin ən güclü milli komandasına rəhbərlik edəcək. Ançelotti ilə birlikdə Braziliya futbolunda yeni və şanlı bir dövr başlayacaq."
Məlumat üçün bildirək ki, 65 yaşlı təcrübəli məşqçi, karyerası ərzində "Real Madrid" klubuna rəhbərlik edərək üç dəfə UEFA Çempionlar Liqasını, üç UEFA Superkubokunu, iki dəfə FIFA Klublararası Dünya Kubokunu, həmçinin La Liqa, İspaniya Kral Kuboku və İspaniya Superkuboku kimi titulları qazanıb.