İngiltərə Milli Futbol Komandasının baş məşqçisi Qaret Sautqeyt istefa verib.
AzerVoice xəbər verir ki, Sautqeyt 2024-cü il Avropa Çempionatında (AVRO-2024) finalda İspaniyaya uduzduqdan iki gün sonra istefa verib.
"Qürurlu bir ingilis kimi İngiltərə yığmasında oynamaq və onu idarə etmək həyatımın ən böyük şərəfi idi. Bu, mənim üçün hər şey demək idi və mən əlimdən gələni etdim",- deyə 53 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, Sautqeytin rəhbərliyi altında İngiltərə AVRO-2020-nin finalında İtaliyaya, AVRO-2024-ün finalında isə İspaniyaya uduzub.