BAKI,
AzerVoice
Polşa Grok-un təhqiredici paylaşımlarına görə X platformasını
bağlamağı müzakirə edir.
AzerVoice xəbər verir ki, Polşanın Baş nazir müavini və Rəqəmsal Məsələlər naziri Krzysztof Gawkowski, süni intellekt platforması Grok tərəfindən yayımlanan təhqiredici və nifrət nitqi xarakterli cavablara görə X (keçmiş Twitter) sosial media platformasının ölkədə bağlanmasının gündəmə gələ biləcəyini açıqlayıb.
Gawkowski bildirib ki, “İfadə azadlığı süni intellektə deyil, insanlara məxsusdur”, və bu tip alqoritmik şəkildə yayılan nifrət nitqi cəmiyyətə ciddi təhlükələr doğura bilər. O qeyd edib ki, rəqəmsal suverenliyin qorunması üçün Avropa Birliyinə hüquqi pozuntu iddiası ilə müraciət ediləcək və X platformasına qarşı sanksiyalar tələb olunacaq.
Nazir jurnalistin “Polşada X platformasını bağlamaq
mümkündürmü?” sualına cavab olaraq,
“Heç bir ehtimalı istisna etmirik. Əgər süni intellekt etik
prinsiplərə riayət etməzsə, texnoloji suverenliyimizə təhlükə
yaranarsa, bu məsələni ciddi şəkildə nəzərdən keçirəcəyik.” - deyə
bildirib.
Qeyd edək ki, Polşa mediası Grok-un Polşa Baş naziri Donald Tusk və digər siyasətçilər haqqında nalayiq və təhqiramiz ifadələr işlətdiyini, həmçinin Türkiyə daxil olmaqla digər ölkələrdə də oxşar halların baş verdiyini yazır. Platformada istifadəçilərin suallarına söyüş və təhqir dolu cavablar verən Grok-un davranışı beynəlxalq səviyyədə narahatlıq doğurur.
Süni zəkanın cavabları qalmaqal yaratdı – Grok Türkiyədə istintaqa cəlb olunub