Əsas səhifə » Şəraa və ABŞ səfiri Tom Barak Dəməşqdə bir araya gəlib

Şəraa və ABŞ səfiri Tom Barak Dəməşqdə bir araya gəlib

BAKI, AzerVoice

Suriya Prezidenti Şəraa ABŞ-ın Ankara səfiri Tom Barak ilə Dəməşqdə görüşüb.

AzerVoice xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, müşayiət etdiyi nümayəndə heyəti ilə birlikdə Dəməşqə səfəri çərçivəsində Suriya Prezidenti Əhməd Şaraa ilə görüşüb.

Görüş Dəməşqdəki Xalq Sarayında keçirilib və müzakirələrdə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani də iştirak edib. Tərəflər arasında ikitərəfli münasibətlər, regional proseslər və diplomatik təşəbbüslər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Qeyd edək ki, bu görüş ABŞ və Suriya arasında son illərdə nadir hallarda baş tutan yüksək səviyyəli təmaslardan biri hesab olunur və regionda yeni diplomatik dinamikanın başlanğıcı kimi qiymətləndirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice