BAKI, AzerVoice
PKK tərksilah prosesi 11 iyulda Süleymaniyyədə başlayacaq.
AzerVoice xəbər verir ki, DEM
Partiyasının sözçüsü Ayşegül Doğan PKK-nın silah buraxma prosesinə
dair mühüm açıqlama verib.
Onun sözlərinə görə, 11 iyulda İraqın Süleymaniyyə şəhərində bir
qrup PKK üzvünün iştirakı ilə tərksilah mərhələsi başlayacaq.
Doğan bildirib ki, DEM Partiyası olaraq bu tarixi anın şahidi olmaq və prosesi yerində izləmək məqsədilə həmin tədbirdə iştirak edəcəklər. O, silahların yerə qoyulmasının uzunmüddətli sülh və sabitlik üçün əhəmiyyətli bir addım olduğunu vurğulayıb.
Qeyd edək ki, bugün səhər saatlarında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan İmralı adasından yayımlanan 7 dəqiqəlik video mesajda silahlı mübarizədən çəkiləcəyini və təşkilatın "milli dövlətçilik" strategiyasından imtina etdiyini bəyan edib. Prosesin necə inkişaf edəcəyi və hansı nəticələrə gətirib çıxaracağı yaxın günlərdə bəlli olacaq.