Əsas səhifə » Milli dəyərlərimizə hücum qəbulolunmazdır - Uraloğlu

Milli dəyərlərimizə hücum qəbulolunmazdır - Uraloğlu

BAKI, AzerVoice

Nazir Uraloğlu Grok məsələsinə münasibət bildirib.

AzerVoice xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu süni intellekt tətbiqi Grok ilə bağlı yaranan qalmaqala dair açıqlama verərək, “Bu gün platforma rəhbərliyi ilə danışacağıq. Sadəcə bloklama deyil, tam qadağa da gündəmə gələ bilər” deyib.

Uraloğlu AK Partiyanın parlament qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin milli dəyərlərinə qarşı təhqirlərin yolverilməz olduğunu vurğulayıb.

“Hər kəs öz məhsuluna, öz ölkəsinə və milli dəyərlərinə sahib çıxmalıdır. Heç kim bu cür təhqirləri qəbul etməz. Qəti mövqedəyik.” - deyə o bildirib.

Qeyd edək ki, Ankara Respublika Baş Prokurorluğu Grok adlı süni intellekt alqoritmi ilə bağlı “Prezidenti təhqir etmək”, “İctimaiyyətin dini dəyərlərini alçaltmaq” və “5816 saylı Atatürkü qoruma qanununu pozmaq” maddələri ilə istintaq başladıb. Prokurorluqdan sosial media platforması X üzərindən yayılan təhqiramiz məzmunlara qarşı hüquqi prosedurlar çərçivəsində məzmuna girişin bloklanması və silinməsinə dair göstərişlər verilib.

Gündəmdə olan bu məsələ ilə bağlı texnoloji və hüquqi proseslər paralel şəkildə davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice