Fenerbahçe klubunun futbolçusu Ferdi Kadıoğlu İtaliyanın Yuventus klubuna transfer ola bilər.
AzerVoice xəbər verir ki, Mançester Yunayteddən sonra Yuventusda Ferdi Kadıoğlu üçün Fenerbahçe klubu ilə danışıqlara başlayıb.
İtaliya komandasının yeni çalışdırıcısı Tiaqo Mottanın 24 yaşlı futbolçunun adını rəhbərliyə verdiyi və klubun bu məsələ ilə bağlı addım atmağa hazırlaşdığı məlum olub.
Fenrbahçe klubu futbolçu üçün 30 milyon avro təklif etsədə Yuventus bu məbləği ödəmək istəmir.
Bunun əvəzinə hal-hazırda klub yarımüdafiəçisi Weston McKennie və 10 milyon avroluq təklif göndərib.
Fenerbahçe və Yuventusun klub rəhbərləri arasında danışıqlar davam edir.