BAKI, AzerVoice
Başda Prezident cənab İlham Əliyev olmaqla, zəlzələnin ilk günündən etibarən ölkəmizin köməyinə çatan Azərbaycan xalqına bir daha təşəkkür edirəm.
AzerVoice xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamada yer alıb.
"49 min 56 yeni mənzil və iş yerini sahiblərinə təhvil vermək üçün iyunun 19-də Kahramanmaraşda olduq. 250 mininci zəlzələ mənzili ilə prosesi yeni bir mərhələyə daşıdıq. İlin sonuna qədər əlavə 203 min müstəqil bölməni tamamlayaraq ümumilikdə 453 min mənzil və iş yerinin açarlarını sahiblərinə təhvil verəcəyik. Başda Prezident cənab İlham Əliyev olmaqla, zəlzələnin ilk günündən etibarən ölkəmizin yardımına çatan Azərbaycan xalqına bir daha təşəkkür edirəm" - deyə, Ərdoğan bildirib.