8
BAKI, AzerVoice
NATO-nun növbəti sammiti 2026-cı ildə Ankarada keçiriləcək.
AzerVoice-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"24–25 iyun tarixlərində Haaqa şəhərində keçirilən NATO Sammitində iştirak etdik. Müdafiə sənayesi məhsullarının ticarətində maneələrin aradan qaldırılması ilə bağlı iradəmizi ittifaq sənədlərinə əks etdirdik. Həm qapalı iclaslarda, həm də liderlərlə keçirdiyimiz görüşlərdə 21 aydır Qəzza zolağında davam edən zülmə diqqət çəkdik. İnşallah, 2026-cı ildə keçiriləcək NATO Sammitinə iyul ayında Türkiyə ev sahibliyi edəcək. NATO liderlərini paytaxtımız Ankarada qəbul edəcək, çox mühüm qərarların qəbul olunması üçün zəmin yaradacağıq" - deyə, Ərdoğan bildirib.