Amerika kubokunda yarımfinal mərhələsi start götürüb.
AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, ABŞ-da keçirilən yarışın ilk finalçısı Argentina ilə Kanadanın duelində bəlli olub.
Hər hissədə bir qol vuran cənubi amerikalılar 2:0 hesablı qələbə qazanıb. Lionel Messi və komandasının rəqibi bu gecə müəyyənləşəcək. Finala vəsiqə üçün Uruqvayla Kolumbiya üz-üzə gələcək.
Qeyd edək ki, Argentina turnirin son qalibidir.
Amerika kuboku Yarımfinal 10 iyul Argentina – Kanada – 2:0 Xulian Alvares, 22, Lionel Messi, 51