BAKI,AzerVoice
İspaniyanın məşhur klubu Barselona, braziliyalı ulduz Neymarın mümkün geri qayıdışı üzərində düşünür.
AzerVoice xəbər verir ki, Kataloniya klubu onu yenidən komandaya cəlb etməyi planlaşdırır.
Məlumata görə, Barselona rəhbərliyi və baş məşqçi Hansi Flick, Neymarın oyun keyfiyyətlərinin hələ də yüksək səviyyədə olduğunu düşünür və onun yenidən komandaya faydalı ola biləcəyinə inanır.
Qeyd edək ki, bu yaxınlarda Braziliyalı futbol ulduzu Neymar 2013-cü ildəki hekayəsini bölüşüb. O, ən yaxşı oynadığı illərdə bir çox klubun onu heyətinə qatmaq istədiyini bildirib.
Bu klublardan biri də prezidenti Peres Florentino olan Real Madrid idi. Bununla belə, Neymar Barselonada oynamaq arzusunda olduğu üçün bu klubu seçib.
Həmçinin qeyd edək ki, İspan klubunun tərkibində o, Çempionlar Liqası və İspaniya Çempionatı da daxil olmaqla çoxsaylı kuboklar qazanıb. 2017-ci ildə o, Paris Saint-Germain-ə rekord məbləğə, 222 milyon avroya imza atdı ki, bu da futbol tarixinin ən bahalı transferi idi.