BAKI, AzerVoice
ABŞ Ukraynaya hərbi sursat göndərməkdən imtina edib.
AzerVoice xəbər verir ki, ABŞ Müdafiə
Nazirliyi (Pentaqon) xarici hərbi yardım proqramını yenidən
nəzərdən keçirdikdən sonra Ukraynaya göndərilməsi planlaşdırılan
bəzi sursatların daşınmasını dayandırmaq qərarına gəlib.
Bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli məlumat
verib.
Onun sözlərinə görə, bu ABŞ-ın milli maraqlarını prioritetləşdirmək məqsədilə edilib. Anonim rəsmilər isə bəzi sursat ehtiyatlarının kritik həddə çatdığı üçün bu qərarın qəbul edildiyini bildiriblər.
"Bəzi silah ehtiyatlarımız azalıb və bu, yenidən qiymətləndirmə zərurəti yaradıb. ABŞ Silahlı Qüvvələrinin gücü şübhəsizdir.Bunu İrandan soruşun", – deyə Kelli bildirib.
Qeyd edək ki, bu qərar ABŞ-ın Ukraynaya hərbi dəstək siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir və Avropada təhlükəsizlik balansına da təsir edə bilər.