BAKI,AzerVoice
Əfsanəvi futbolçu Kriştiano Ronaldo Səudiyyə şahzadəsi Salman ilə birlikdə Valensiyanı satın almağı planlaşdırır
AzerVoice xəbər verir ki, Valensiya hazırda iş adamı Piter Limə məxsusdur.
Həmçinin bildirək ki, Nyukasl Yunayted futbol klubu Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) tərəfindən 2021-ci ilin oktyabrında satın alınıb. Fondun rəhbəri Məhəmməd bin Salmandır və o, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi kimi PIF-in fəaliyyətinə nəzarət edir. Rəsmi olaraq klubun birbaşa sahibi olmasa da, PIF vasitəsilə Nyukasl Yunaytedin arxasında duran əsas fiqurlardan biridir.
Bu satınalma ilə Nyukasl Yunayted Premyer Liqadakı orta səviyyəli klub statusundan çıxaraq daha güclü transferlər və infrastruktur layihələri ilə Avropa futbolunda iddialı bir kluba çevrilib. Onun məqsədi yalnız yerli liqalarda uğur qazanmaq deyil, həm də Çempionlar Liqasında rəqabət apara biləcək bir komanda yaratmaqdır.