Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Suriya: dünəndən bu günə

    19 Yanvar 2026 15:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün.

    Bu yazımı keçmiş müsahibə və yazılarım əsasında yazıram. Mötərizələrdə, Allahın izni ilə, istinad linklərini də verəcəyəm. Mən bu yazıma ilk öncə Trampın seçilməsi sonrası yazdığım bir məqalədən sitatla başlayıram:

    “Belə bir məqamda hakimiyyətə yenə də Tramp gəldi. Milyarder, Rusiya Prezidenti Putinə və Ərdoğana simpatiyasını gizlətməyən bir şəxs. Maraqlı situasiyadır. Türkiyə Prezidenti Ərdoğan ona ‘Dostum’ deyir.

    Rusiya Prezidenti Putin Trampı real söhbət adamı hesab edir. Digər tərəfdən Tramp Rusiya ilə yaxınlaşaraq ABŞ-ı Avrasiyadan və Mərkəzi Asiyadan uzaq tutmaq istəyən Çinlə iqtisadi müharibə aparır. Avropalıları çox sevmir. Eyni zamanda, Ərdoğanın ən ağır ifadələrlə səciyyələndirdiyi Netanyahu ilə dostdur. Qəribə bir labirintdir.” (https://arab.az/yen%c9%99-tramp-g%c9%99ldimus%c9%99lman-dunyasi/)
    Niyə bundan başladım? Çünki proseslərin intensiv hala gəlməsi məhz Trampın hakimiyyətə yenidən qayıdışı ilə başladı.

    Daha sonra ümumi bir analiz aparıb bunları yazmışdım:

    “Trampın seçilməsi və ərəb dünyasının aqibəti — bunlar biri-biri ilə bağlı məsələlərdir. Trampın yeni kabinetində yer alacaq insanlar içərisində ciddi şəkildə İrana qarşı sərt, İsrailə qarşı isə olduqca istiqanlı insanlar yer alırlar. Bu insanlar öz nifrət və simpatiyalarını qəti şəkildə gizlətmirlər. Xüsusilə təhlükəsizlik məsələləri ilə məşğul olacaq insanlar arasında İrana sərt münasibətləri ilə seçilənlər vardır.

    Bəs ərəb dünyası üçün bu nədir? Ərəb dövlətləri üçün bu pis deyildir. Çünki ərəb monarxları və eləcə də digər ərəb dövlətlərinin elitası İranı sevməz. Xüsusilə Səudiyyə Ərəbistanı İranı heç sevməz. Həftə səkkiz, mən doqquz, İrana yaxın husilər Səudiyyə Ərəbistanının Aramco neft təsislərini raket atəşinə tutur. Digər ərəb monarxları da İranla elə də xoş münasibətlərə malik deyillər.

    Ərəb dünyasında İsraillə dövlət olaraq ciddi şəkildə üz-üzə gəlmiş iki dövlət var idi. Onun biri Suriya idi, digəri isə Misir. Ənvər Sadatdan sonra Misir bu məsələdə geri çəkildi, status-kvonu təsdiq etdi. Ancaq Suriya İsraillə münaqişəyə davam etdi; onsuz da Golan yüksəkliklərini itirmişdi. Livan müharibəsində (1982–1985) İsraillə üz-üzə gəldi. Daha sonra 2005-ci ilə qədər Livanda hərbi mövcudluğu oldu.

    Suriya görürdü ki, İsrailə ABŞ güclü yardım edir: silah verir, maliyyə yardımı edir. Buna görə də texniki və maddi üstünlüklər İsrail tərəfdədir. Suriya da buna görə HƏMAS və Hizbullaha hərbi və maddi yardımlar etməklə bölgədə qalmağa davam etdi. Suriyanın İranla isti münasibətləri digər ərəblərin də xoşuna gəlmirdi. Nə isə… sonra Ərəb Baharı gəldi.” (https://arab.az/er%c9%99bin-aqib%c9%99ti/)

    İndi bu gün cərəyan edən məsələlər haqqında — yəni necə oldu ki, ABŞ YPG-ni belə ortada qoydu. Bunu da ilk yazan, proqnozlaşdıran, Uca Allahın lütfü ilə, mən olmuşam:

    “ABŞ-ın maraqları dedikdə biz böyük bir dövlətin dünya miqyasında maraqlarından danışırıq. Əslində, Ərəb Baharının memarı elə ABŞ-dır. Sual yaranır ki, ABŞ Ərəb Baharını nə üçün başlatdı? Mən sizə heç kimin demədiyi bir yöndən deyəcəyəm, inşallah.

    Ərəb Baharında köklüləşmiş ərəb rejimlərinin dəyişdirilməsi nəzərdə tutulurdu. Nə üçün? Çünki bir yerdə eyni hakimiyyət uzun müddət qalırsa, onda idarəçilik təcrübəsi yaranır, sistem qurur, güclənir və nəzarətdən çıxa bilir. Hətta xarizmatik liderlər belə çıxa bilir. Bir zaman gəlir, hətta hamisinin də nəzarətindən çıxa bilir.

    Maraqlısı odur ki, Ərəb Baharı ərəb monarxiyalarında deyil, ərəb respublikalarında həyata keçirildi. Məgər ərəb monarxiyalarında demokratik problemlər yoxdurmu? Əlbəttə var. Amma onlarda həm də Amerika bazaları var.

    Nə isə… sonra prosesə digər oyunçular da qoşuldular: Rusiya, İran, assimetrik güclər, xalqın içindən formalaşanlar. Artıq ABŞ ikinci addımı atdı — idarə edilən xaos. Müəyyən kiçik məqamlarda bəzən yerlərdə hakimiyyət təsirini İranla belə bölməyə getdi. Məsələn, İraqda Maliki hökuməti, daha sonra Suriyada İranın da içində yer aldığı status-kvo.

    Son Qəzza olayları və Hizbullahın fəallaşması bu status-kvonun dəyişilməsinə zəmin oldu. Nə üçün? Çünki İran Suriya vasitəsilə Hizbullahı silahlandırır. Bu xətti bağlamaq lazımdır.

    İranın bölgədə güclənməməsi isə Türkiyə və ABŞ-ı bir araya gətirən ortaq maraqlardır. Amma ayıran məqamlar da var. Nədir bu? ABŞ-ın YPG-ni dəstəkləməsi. Lakin Türkiyə ABŞ-a İsraillə bağlı zəmanət verərsə, ABŞ YPG-nin ortadan qaldırılması haqqında düşünə bilər.” (https://arab.az/suriyada-t%c9%99r%c9%99fl%c9%99rin-maraqlari-1/)

    Hörmətli analitiklər, hörmətli Yaxın Şərqdə gedən prosesləri izləyənlər, hörmətli şərhçi “bratvası”, bunu da ilk mən yazmışam — Uca Allahın izni və tövfiqi ilə.

    Sonra məni bəzi insanlar hətta sanki zalım Əsədi dəstəkləməkdə ittiham etdilər. Onlara bu yazımı ərmağan edirəm:

    “Əsəd bir zalım idi. Çünki xalqına qarşı zülm edirdi. İnsanları zindanlarda məhv edirdi. Ona görə bir zalımın getməsinə və minlərlə insanın zindanlardan çıxmasına ancaq insanlığı ölmüş birisi sevinməyə bilər.

    Bəzi dostlarım deyir ki, sən analiz etmirsən, daha çox şübhə və tərəddüdlər dilə gətirirsən. Buradan həmin dostlarıma sayğımı və sevgimi ifadə edirəm. Dediklərini də özüm üçün qeyd edirəm.

    Lakin bir xatırlatma edim ki, bir tarixçi və siyasi şərhçinin analizi tarixin təkərrürü və insanın fitrət qanunları nəzərə alınmaqla olur. Mən də tarixi müqayisələr aparır, proqnoz verəndə əvvəl ‘Allah’ deyirəm. Sonra da bütün proqnoz yazanlara deyirəm ki, gəlin proqnoz yazaq, amma bir ildən sonra silməyək. Müqayisə edək. Allahdan xeyirlisini diləyirəm — nəfsimin arzu etdiyini deyil.” (https://arab.az/es%c9%99d-bir-zalim-idi-amma/)

    Bu arada, Trampın Qəzzada birgə idarəçilik təklif edəcəyi məsələsini bu ölkədə ilk dilə gətirən də, Allahın izni ilə, mən olmuşam:

    “Tramp bir iş adamı kimi ilkin mərhələdə maksimalist tələblər irəli sürərək, sonda kompromis əldə etməyi hədəfləyir. Bu yanaşmanı Qəzza məsələsində də görmək mümkündür. Tramp Qəzzadan fələstinlilərin köçürülməsi kimi maksimalist təkliflər irəli sürərək, əslində danışıqlar prosesində daha real məqsədlərini əldə etməyə çalışır. Onun əsas məqsədi bölgədə HƏMAS-ın siyasi hakimiyyətinə son qoymaqdır. Bunun üçün o, İsrail, Türkiyə və ərəb dövlətlərinin birgə razılığı ilə konsorsium modeli üzərində razılığa gələ bilər.” https://musavat.com/news/trampin-iranla-bagli-gah-nala-gah-mixa-siyaseti_1143212.html

    Qəzza ilə bağlı niyə burada giriş etdim? Onu da bu yazımda ifadə etmişəm:

    “Qəzzada atəşkəsin imzalanması və əsirlərin dəyişdirilməsi çox önəmli bir hadisə oldu. Hər halda silahların susması və insanların bombardmanlardan xilas olması (həmişəlik olmasa da) olduqca vacib idi.

    Qəzzada baş verənlər dinindən, dilindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin sülhsevər insanlarını narahat edir. Çünki ölənlərin əksəriyyəti uşaqlar, qadınlar və mülki şəxslər idi.

    Amma Qəzza bu atəşkəsə uzun bir yol gəldi. Maraqlısı odur ki, gəldiyi yolda Suriyanı Əsəd deyilən caninin rejimindən də qurtardı. Sual yarana bilər ki, necə yəni? İndi izah edəcəyəm, Allahın izni ilə.

    Bizim bəzi dostlarımız hesab edir ki, dünyada gedən proseslər ancaq soyuq rasionalıqla izah edilə bilər. Lakin inanclı bir təhlilçi, xüsusilə tarixin gedişinə baxırsa, görür ki, bəzən elə fors-majorlar olur ki, həmin fors-majorlar böyük oyunçuların və aktorların planlarını, illərlə hazırladıqları konfiqurasiyaları belə dəyişə bilir.

    Bu arada Quranın aşağıdakı ayəsi yada düşür…” (https://www.azervoice.com/az/analysis/25633.html)
    İndi baxın, yuxarıda yazmışdım ki, ABŞ YPG-ni daha yaxşı təklif olsa, variant olsa, ya tam, ya qismən xərcləyə bilər.

    Suriyada bilirsinizmi nə üçün qəfil YPG üzərinə getmə icazəsi verildi? Çünki Trampa məruzə edən analitiklər bildirdi ki, İran əməliyyatı zamanı quruda problemlər ola bilər.

    Amerika xüsusi təyinatlıları həqiqətən möhtəşəmdir. Amma Amerika uzun müddət davam edən bütün savaşlardan demək olar ki, uduzaraq çıxıb.

    Gələcək ssenaridə İrana qarşı istifadə ediləcək yeganə quru gücü Suriya ordusu ola bilər. Nə üçün? Çünki İran dəstəkli milislər Suriyada bir çox cinayətlər etdi, insanları öldürdü və bu, İrana qarşı nifrət üçün sosial dayaq yaranmasına səbəb oldu.

    İran Suriyada Əsəd zalımını dəstəkləməklə özünün ən böyük səhvini etdi. Qlobal nizam onu sünni dünyası ilə tam bir düşmən hala gətirdi. İran da bir ulus-millətçi dövlətdir. Heç kim düşünməsin ki, mən İranı hansısa Mehdi dövləti hesab edirəm. Sadəcə olaraq onun zahiri də olsa teokratik çalarları qlobal nizam tərəfindən təhlükə olaraq qəbul edilir.

    Bir də Rəsulullahın bir hədisi var: bəzən Allah müsəlmanlara günahkar və ya hətta kafir vasitəsilə də yardım edə bilir. İranın bölgədə atdığı bəzi addımlar Fələstin dirənişinə yardım etmişdir. Fələstin dirənişi isə İslam dünyasının üzərində ittifaq etdiyi yeganə dirənişdir. Orada məzhəb qovğası, minhəc qovğası yoxdur.

    İndi, müəllimlər, bu gün olan proseslər ABŞ-ın növbəti İran əməliyyatı üçün hazırlıqdır. Yenə eyni ssenari. Yenə məzhəb münaqişəsi üzərindən bir-birinə qarşı yönələcək müsəlmanlar.

    Allah bəsirət versin. Amin.

    #Qəzza müharibəsi #Suriya böhranı #Yaxın Şərq geosiyasəti #İsrailin regional təhlükəsizliyi #ABŞ-ın Yaxın Şərq strategiyası #Donald Tramp və xarici siyasət #İran–ABŞ qarşıdurması #ABŞ–Türkiyə münasibətləri #ABŞ-İsrail koordinasiyası #Hizbullah və HƏMAS #təhlükəsizlik arxitekturası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    19 Yanvar 2026 16:26

    HƏMAS İsrail həbsxanalarındakı vəziyyəti insanlıq cinayəti adlandırıb

    19 Yanvar 2026 13:56

    Qazaxıstan Prezidenti Trampın Sülh Şurasına qoşulur

    19 Yanvar 2026 12:08

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53

    Eşq

    19 Yanvar 2026 11:48

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

    19 Yanvar 2026 11:42

    Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

    17 Yanvar 2026 15:50

    İsrailli nazir atəşkəsi pozmaqla və Qəzzada baş verən dağıntılarla öyündü

    17 Yanvar 2026 14:40

    Qəzzada 27 günlük körpə soyuqdan həlak olub

    17 Yanvar 2026 13:55

    İsrail ordusunun atəşkəsə baxmayaraq açdığı atəş nəticəsində Qəzzada bir qadın həlak olub

    16 Yanvar 2026 12:00

    İsrail 95 günlük atəşkəs dövründə Qəzzada 1200-dən çox pozuntu törədib

    15 Yanvar 2026 17:36

    Qəzzada həlak olanların sayı 71 min nəfəri ötüb

    15 Yanvar 2026 15:43
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycanda gender bərabərliyi sahəsində İşçi Qrup yaradılacaq

    Keçən il Türkiyədən BƏƏ-yə tekstil ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

    Trampın Qəzza planına İsrail hökuməti daxilindən sərt etiraz gəlib

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub

    Artıq hər platformada sözü keçən və təqib edilən bir Türkiyə var - Ərdoğan

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfərə gəlib

    Suriya: dünəndən bu günə

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.