Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Quran ilə tanışlıq hər bir azərbaycanlı kimi məndə də Fatihə surəsi ilə oldu. Sovet hökuməti dağılanda menim 11 yaşım var idi. Siyasi şüuru olan bir valideynlərin yanında böyüdüyüm üçün Allahın lütfü ilə başım bir az yaşımdan azca qabağa getmişdi. Qismət olsa inşaallah Aztv-nin verilişini kasetdən köçürüb bir dəfə burada qoyacağam. On bir on iki yaşında siyasətdən falan söhbət edirdim. Əslində, ona görə bəlkə də pul para məsələsində qabağa gedə bilmədim. Balaca vaxtı kəndimizdə Şıxlıda da bir baba var idi, mənə a Reyqan deyirdi. Səbəb də o idi ki, böyüklərin oxuduğu qəzetlərin müzakirəsi zamanı yanlarında oturur, Amerikan imperializminin fəsadları haqqında fikir bildirirdim. Onda sovet dövlətini öz uşaq ağlımla ədalətli hesab edirdim. Amma sonra məlum oldu ki, sən demə elə işğal edənin yekəsi bu imiş.

    Nə isə, qayıdaq mövzuya. 1991-ci ildə ilk dəfə Fatihə surəsini mən də əzbərlədim. Özü də divara vurulmuş dəmir işləməli bir lövhədən. Amma təbii ki, Quran ilə ilk tanışlıq namaz qılmağa başlayanda oldu. İlk əvvəl Quranın ilk tərcüməsi mənə bir az ağır gəldi. Mən Quranı namazın içində sevdim. Elə anladım. Xüsusi ilə ayətul kürsü mənim üçün çox sevimli oldu:

    اللّٰهُ لَا إِلٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ
    لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ ۚ
    لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْاَرْضِ ۗ
    مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ اِلَّا بِاِذْنِه۪ ۚ
    يَعْلَمُ مَا بَيْنَ اَيْد۪يهِمْ وَمَا خَلْفَهُمْ ۚ
    وَلَا يُح۪يطُونَ بِشَيْءٍ مِنْ عِلْمِه۪ اِلَّا بِمَا شَاءَ ۚ
    وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْاَرْضَ ۚ
    وَلَا يَـُٔودُهُ حِفْظُهُمَا ۚ
    وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

    Allah — Ondan başqa heç bir ilah yoxdur. O, həmişə diri olan, hər şeyi idarə edən və qaydaya salandır.
    Onu nə yuxu tutur, nə də mürgü.
    Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur.
    Onun izni olmadan heç kim Onun hüzurunda şəfaət edə bilməz.
    O, insanların önlərində və arxalarında olanları bilir.
    Onlar isə Onun elmindən yalnız O istədiyi qədərini qavraya bilərlər.
    Onun kürsüsü göyləri və yeri əhatə etmişdir.
    Onları qoruyub saxlamaq Ona ağır gəlməz.
    O, uca və böyükdür.

    #Azər Hüseynov #Quranla tanışlıq hekayəsi #Fatihə surəsinin əzbərlənməsi #Ayətəl-Kürsinin mənası #Sovet dövründə dini biliklər #Azərbaycan uşaqlığında dini tərbiyə #Quran tərcüməsi və anlama prosesi #Namazda Quran sevgisi #Uşaqlıq xatirələri və din #Dini şüurun formalaşması #Ayətəl-Kürsinin izahı #Allahın əzəməti Ayətəl-Kürsi #Dində şəfaət anlayışı #Quran ayələrinin mənəvi təsiri #Azərbaycan cəmiyyətində dini yenidən dönüş #Dini maariflənmə təcrübələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15

    Fərqliliklər

    17 Noyabr 2025 16:01

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Dairələri daraltmaq

    13 Noyabr 2025 09:32

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    Regionlarda mediasiyanın inkişafı hüquqi xidmətin keyfiyyətini artırır - Hümmət Əliyev

    Hüquq Bələdçisi - Mediasiyada Etik Dəyərlər: “Gizlilik prosesin qırmızı xəttidir”

    Quran ilə tanışlıq

    Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb

    C-130 hərbi yük təyyarəsinin qalıqları Kayseridə təhlil olunacaq - Türkiyə MN

    Türkiyə-Afrika əməkdaşlığı bütün sahələrdə inkişaf edəcək - Ərdoğan

    Qəzzada İsrailin hücumları nəticəsində 4 fələstinli həlak olub

    Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib

    Çin Dəməşqdəki səfirliyini 2026-cı ilin əvvəlində yenidən açacaq

    Laricanı bu gün Pakistana səfər edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.