Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Fərqliliklər

    17 Noyabr 2025 16:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün.

    Bir yazı yazdım və bir qism dostların narahatlığına səbəb oldu. Əslində, yazılarımda məqsəd təhqiq etmək şüurunu müsəlmanlar arasında fəallaşdırmaqdır. Yazdığın zaman neytral olmağa çalışmaq həqiqətin ortaya çıxmasına bu və ya digər şəkildə təsir edə bilər. Bəzən siz özünüz belə elmi dolaşıqlığa düşə bilərsiniz.

    Təvəssül və şirk qavramları haqqında yazdıqdan sonra bu məsələ məni başqa bir suala yönəltdi. Ərəb müşrikləri bütlərin Allahdan müstəqil bir tasarruf gücünə malik olduğuna inanırdılarmı? Mən islama gələndən bunu belə öyrənmişdim ki, xeyr. Onlar Allahdan müstəqil bir şəkildə nə isə etmək, nə isə dəyişmək gücünə malik deyildilər. Bu məsələnin özəyi مِنْ دُونِ اللَّهِ ifadəsinin başa düşülməsidir. "Min dunillah" nə ifadə edir? Allahla yanaşı və ya Allahdan müstəqil ilahlarmı?

    Məsələnin tədqiqi onu deməyə əsas verir ki, bir qism alimlər dilçilik və əqidə baxımından bunun hər iki mənada işlədilə biləcəyi düşüncəsindədirlər.

    İbn Teymiyyə hesab edir ki,

    وَمَعْنَى مِنْ دُونِ اللَّهِ أَيْ مِنْ غَيْرِهِ مِمَّنْ يَجْعَلُونَهُ شَرِيكًا لَهُ فِي التَّصَرُّف

    “Min dunillah – Allahdan başqa Onunla birlikdə təsərrüf sahibi etdikləri varlıqlar deməkdir.”. Burada ona işarə var ki, ərəb müşriklərinin bir qismində bütlərin müstəqil tasarruf sahibi olma etiqadı var idi.

    Fəxr Razı isə hesab edir ki, “Min dūnillāh ifadəsi müstəqil təsərrüf iddiasına dəlalət edir.”

    (Təfsir əl-Kəbir).

    Beydavi isə hesab edir ki, bu ifadə Allahın yerinə qoyub güc sahibi etdikləri varlıqları bildirir.

    Çox maraqlı məqam həm də odur ki, İbn Teymiyyə də min dunillah ifadəsinin açıqlanmasında Allahın izni olmadan onların təsir gücünə malik olduqlarına dair müşriklərin etiqadı olduğunu bildirir.

    "المشركون يجعلون لآلهتهم نوعًا من التصرف والشفاعة بغير إذن الله

    "Müşriklər ilahlarına Allahın icazəsi olmadan təsərrüf və şəfaət haqqı verirdilər. "

    ( Ər rəd ala l Bəkri )

    Əbu Mənsur Maturudi deyir:

    ظنوا في أوثانهم قدرة ليست إلا لله"

    “Onlar bütlərdə yalnız Allaha məxsus güclər təsəvvür edirdilər.”

    (Kitab at-Tövhid)

    Şiə alimlərindən Şeyx Tusi yazır:
    "المشركون كانوا يجعلون للأصنام ولايةً في الأمور"

    “Müşriklər bütlərə işlərdə müəyyən vilayət (ixtiyar) verirdilər.”

    Daha bir şiə alim Allamə Təbatəbai

    "كانوا ينسبون للأصنام تأثيرًا تكوينياً"

    “Onlar bütlərə yaradılışla bağlı təsir gücü verirdilər.”

    (Təfsir əl-Mizan)

    Bu məsələ onu deməyə əsas verir ki, Ərəb müşrikləri bütləri sadəcə “simvol” və ya “şəfaətçi şəkli” kimi görmürdülər.

    Onların təsəvvüründə bütlər qismən və bəzi hallarda müstəqil güc sahibiydi, ruziyə, şəfaətə, qorumağa təsir edə bilərdi.

    Ona görə də bu gün bəzi İslam alimləri təvəssül zamanı etiqad amilini önə çəkirlər. Onlar Quranda keçən min dunillah ifadəsini etiqad şərti ilə bağlayıb deyirlər ki, kim ki, birindən şəfaət tələbində olsa və onun tasarruf qüdrətinə inansa o zaman müşrik olar. Onların məsələyə yanaşması məhz bu min dunillah ifadəsinin açıqlanmasındadır.
    Hər kəs məsələni özü anladığı şəkildə etiqad edən bilər. Lakin bu yazını yazdım ki, fərqli fikirləri başa düşək. Bilirəm bu yazım da bir başqa qism dostlarda narahatlıq doğuracaq. Allah hamımıza haqqı haqq olaraq görüb tabe olmağı nəsib eləsin. Batılı batil görüb ondan uzaq olmağı nəsib eləsin. Əmin

    #Azər Hüseynov #Təhqiqat mədəniyyəti #Əqidə və şirk #Min dunillah anlayışı #Ərəb müşriklərinin etiqadı #Təsərrüf və vilayət anlayışı #İbn Teymiyyə baxışı #Fəxr Razi təfsiri #Beydavi və Quran açıqlaması #Maturidi və Tövhid anlayışı #Şeyx Tusi fikirləri #Quran və təfsir elmi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Dairələri daraltmaq

    13 Noyabr 2025 09:32

    Ağlın Yolu

    5 Noyabr 2025 09:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00

    AKP hökumətinin ideoloji dəyişiklik yolu

    30 Avqust 2025 15:23

    Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov

    31 İyul 2025 20:00

    İran 1979-2023-cü illərdə (ziddiyyətlər fonunda)

    23 İyul 2025 14:43

    Modern “İslamçılar” AKP və Türkiyə haqqında

    22 İyul 2025 16:03
    Demo
    XƏBƏR LENTİ

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    Prezident İlham Əliyev "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib

    Yaradıcı Mərkəz STEAM Azərbaycan Festivalında iştirak edir

    Barselona Messinin geri dönüş ehtimalını rədd edib

    Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

    Səudiyyədə yeni logistika kompleksi açılıb

    Qəzzada tibbi təxliyələrin gecikməsi 900-dən çox ölümə səbəb olub - ÜST

    Türkiyənin Mersin limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Səudiyyə vəliəhd şahzadəsinin 6 ildən sonra ABŞ-a ilk səfəri

    Marburq virusu Efiopiyada epidemiya səviyyəsinə çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.