BAKI, AzerVoice, Nailə Babazadə
Qalatasaray və Fənərbaxça sabah keçiriləcək Turkcell Super Kubok finalında tarixdə 405-ci dəfə qarşılaşacaqlar. Atatürk Olimpiya Stadionunda oynanılacaq matç 19-cu Super Kubokun qalibini müəyyən edəcək.
AzerVoice xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçiriləcək matç saat 21:30-da başlayacaq. Matçı Halil Umut Meler idarə edəcək. Melerin köməkçiləri İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara olacaq. Dördüncü hakim Ozan Ergün olacaq.