Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb

    9 Yanvar 2026 14:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib. Təkcə 2025-ci il ərzində 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib. Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb.

    AzerVoice xəbər verir ki, kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə ötən il mikromobillik zolaqları paytaxtın Hüseyn Cavid, Xətai və İnşaatçılar prospektləri, Bəxtiyar Vahabzadə, Mirzağa Əliyev, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Müşfiq, Nəcəfqulu Rəfiyev, İzzət Orucova, Əbdürrəhim bəy Haqverdiyev və Xaqani küçələri, Neftçilər prospektinin kənar yolu (Ağ Şəhər ərazisi), həmçinin Bulvar və Mərkəzi Park ərazilərində yaradılıb. Son olaraq işlər Şıxəli Qurbanov və Cəfər Cabbarlı küçələrində həyata keçirilib.

    Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.

    Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.

    Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.

    Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    9 Yanvar 2026 19:13

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

    9 Yanvar 2026 17:56

    2025-ci ildə “Çağrı Mərkəzi” 7672 zəng qəbul edib

    9 Yanvar 2026 15:26

    DTX xarici xüsusi xidmət orqanının tapşırığını yerinə yetirən şəxsi həbs etdi

    9 Yanvar 2026 15:08

    Mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşların müraciətlərini dinləyib

    9 Yanvar 2026 14:40

    Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb

    9 Yanvar 2026 14:00

    19 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”nı qazanıb

    9 Yanvar 2026 12:34

    Zirvədə əsas məqsədimiz qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidir - Rafiq Hunaltay

    9 Yanvar 2026 10:53

    “Öyrənmənin qrafik dizaynı” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib

    9 Yanvar 2026 10:00

    “Həyat Teatrı” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib

    8 Yanvar 2026 21:47

    Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

    8 Yanvar 2026 20:11

    Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib

    8 Yanvar 2026 11:17
    Demo
    XƏBƏR LENTİ

    Beynəlxalq hüquq məni məhdudlaşdırmır - Tramp

    Səudiyyə XİN İsrail rəsmisinin Somalilanda səfəri ilə bağlı birgə bəyanat yayıb

    20-dən çox ölkə Somalinin suverenliyini dəstəkləyərək İsrail XİN rəhbərinin Somaliland səfərini qanunsuz adlandırdı

    Bu gün BMT-nin ilk iclası keçirildi

    Tarixdə bu gün – 10 yanvar

    Çin, Rusiya və İran hərbi gəmiləri Cənubi Afrikada birgə dəniz təlimləri keçirəcək

    Bitkoin niyə “şiddətli dalğalanır”?

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.