Kreml sözçüsü Dmitri Peskov, Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Donald Trampla paytaxt Moskvada görüşməyə hazır olduğunu açıqlayıb. Peskov, bu təklifin qüvvədə olduğunu bildirib. Rusiyanın, İngiltərə və Fransanın nüvə arsenalının da nəzərə alınması ilə bağlı tələbinin hələ də qüvvədə olub-olmadığına dair sualı cavablandıran Peskov, bu mövzunun aktual olduğunu bildirib. Peskov, əvvəlcə Rusiya və ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (New START) ilə bağlı danışıqların başlanmasının vacibliyini vurğulayaraq, “Ancaq gələcəkdə nüvə arsenalı məsələsi də müzakirəyə çıxarılmalıdır. Bu arsenal Avropanın təhlükəsizliyi və strateji sabitliyi ilə bağlı məsələnin tərkib hissəsidir,” deyib.
Axtarış nəticələri "Donald Tramp" (2333)
Tramp “Truth Social” platformasında paylaşım edərək yazıb:“Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkanımız var. Hamı xüsusi bir şey üçün hazırdır, tarixdə ilk dəfə... Biz bunu həyata keçirəcəyik”.
İsrailin “Kan” televiziya kanalı isə xəbər verib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkof və kürəkəni Cared Kuşner Nyu-Yorkda Netanyahu ilə görüş zamanı ona belə deyiblər:
Bugün baş verən hadisələrin xronoloji xülasəsini təqdim edirik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Ümumi Məclisi çərçivəsində və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda həyata keçirdiyi səfərin ardından ölkəsinə qayıdıb. Təyyarədə jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Ərdoğan, BMT üzvü dövlət və hökumət başçılarının geniş iştirak etdiyi Ümumi Məclis iclaslarında Türkiyənin güclü iştirakını vurğulayıb.
ABŞ Prezidenti Donald Trump, Vaşinqtonda federal edam cəzasının tam şəkildə tətbiqi üçün fərman imzalayıb. Ağ Evdən verilən açıqlamada, federal prokurorların bölgədəki uyğun işlərdə edam cəzası tələb edə biləcəyi vurğulanıb. Eyni zamanda baş prokuror və Vaşinqton bölgə prokuroruna, Vaşinqtonda törədilən və edamı tələb edən cinayətlərdə federal ədalət hakimiyyətindən maksimum səviyyədə istifadə etmələri tapşırılıb. “Prezident Trump, DC-də (Vaşinqton) ən ağır cinayətkarlarə qarşı edam cəzası qanununu tətbiq etməklə, ölkəmizin paytaxtını ziyarət edən və orada yaşayan bütün amerikalılar üçün təhlükəsizlik və cinayətkarların qanun qarşısında ən sərt nəticələrlə üzləşməsini təmin etmək əzmində olduğunu göstərir.” - deyə açıqlamada qeyd edilib.
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.
Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir.Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı söyləyib. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq", - deyən dövlətimizin başçısı bildirib ki, bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edir.
Polisin məlumatına görə, Esbjerg, Sonderborg və Skrydstrup hava limanları da eyni vaxtda dronlarla müşahidə olunub, lakin fəaliyyətini dayandırmayıb. Aalborg polisi hadisəni diqqətlə izlədiklərini, lakin dronların sayını və məqsədini müəyyən edə bilmədiklərini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığına görə F-35 proqramından çıxarmışdı. Vaşinqton bu alımın F-35 texnologiyasının Moskvaya ötürülməsi riskini daşıdığını bildirmişdi.
Avropa İttifaqı (AB) ölkələrində Tesla markalı avtomobillərin satışları avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA), Avropa ölkələrinin yanvar-avqust ayları üzrə yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumata görə, ABŞ-lı milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin avtomobil satışları AB ölkələrində azalmağa davam edir. Tesla satışlarındakı geriləmə artıq 8 aydır ki, davam edir. Ötən ilin avqust ayında AB-də 12 min 966 Tesla avtomobili satılmışdısa, bu ilin avqustunda bu rəqəm 8 min 220-yə düşüb. Bununla da Tesla satışları keçən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.
Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdən görüntülər paylaşıb. Dünya Azərbaycan və ABŞ liderləri İlham Əliyev və Donald Tramp arasında səmimi dialoqun kadrlarını gördü.Bu görüntülər Prezident İlham Əliyevin dünyada sahib olduğu yüksək nüfuzun bariz göstəricisidir.
BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.
ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”. Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb. Barrack Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Prezident İlham Əliyev və Donald Tramp arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində səmimi dialoqunun görüntülərini paylaşıb.
Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu.
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.
Bugün baş verən hadisələrin xronoloji xülasəsini təqdim edirik
ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.
ABŞ Hava Qüvvələri Komandanı David Allvin, Air & Space Forces Association-un 2025 Hava, Kosmos və Kiber Konfransında çıxış edərək F-47 proqramı ilə bağlı məlumat verib. O xatırladıb ki, mart ayında ABŞ Prezidenti Donald Tramp, Yeni Nəsil Hava Hakimiyyəti (NGAD) proqramının insanlı qırıcı komponentini istehsal etmək üzrə tenderdə qalibin Boeing olduğunu açıqlamışdı.
Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Baqram bazası Əfqanıstanda yerləşən ən böyük hava bazası olub və 2001-ci ilin 11 sentyabr hücumlarından sonra ABŞ-ın Taliban əleyhinə apardığı müharibənin əsas dayaqlarından biri sayılıb.