Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    İsrail zülmü ilə tək qalır, Fələstin məsələsi daha da güclənib - Ərdoğan

    26 Sentyabr 2025 14:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində və ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda həyata keçirdiyi səfərin ardından ölkəsinə qayıdıb.

    AzerVoice xəbər verir ki, təyyarədə jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti Ərdoğan, BMT üzvü dövlət və hökumət başçılarının geniş iştirak etdiyi Ümumi Məclis iclaslarında Türkiyənin güclü iştirakını vurğulayıb.

    Ərdoğan bildirib ki, bu ilki Ümumi Məclis iclaslarına xüsusi olaraq Qəzzədəki soyqırımı və ümumilikdə Filistin məsələsi damğa vurub.

    “BMT Təhlükəsizlik Şurasının üzvü olan Böyük Britaniya və Fransa da daxil olmaqla, 10-dan çox qərb ölkəsi Filistini tanıdıqlarını açıqladı. Xüsusilə Təhlükəsizlik Şurasının bu iki üzvünün tanıma qərarları tarixi əhəmiyyət daşıyır. Bu nəticəyə gəlməkdə biz və tarixdə doğru tərəfdə duran digər ölkələrin diplomatik səyləri böyük rol oynadı. Beləcə Filistini tanıyan ölkələrin sayı 150-dən çox oldu.” - deyə Ərdoğan qeyd edib.

    İki dövlətli həllə dəstəyin həm keyfiyyət, həm də miqyas baxımından artmasının önəmini vurğulayan Prezident, beynəlxalq ictimaiyyətin sahədə qərarlı addımlar atmasının zəruriliyini qeyd edib.

    “İsrail, təcavüzkar siyasətləri ilə bu səyləri boğmağa çalışır. Mən həm Ümumi Məclisdəki çıxışımda, həm ABŞ Prezidenti Tramp ilə Qəzza mövzusunda görüşdə, həm də Fransa və Səudiyyə Ərəbistanının birgə təşkil etdiyi konfransda bu məsələyə xüsusi diqqət yetirmişəm və səylərimizi davam etdirəcəyik,” – deyə Ərdoğan əlavə edib.

    Eyni zamanda, Ümumi Məclisdə çıxışı zamanı Türkiyə üçün prioritet olan məsələlərə, o cümlədən Şimali Kipr Türk Cümhuriyyətinin haqlarının müdafiəsinə, Suriyə, Rusiya-Ukrayna münaqişəsinə və bölgədə sülh və sabitliyin təmin edilməsinə dair də geniş toxunub.

    Ərdoğan səfərdən əvvəl Türk-Amerikan Cəmiyyəti nümayəndələri ilə, həmçinin Türk və Amerika iş dünyasının aparıcı təmsilçiləri ilə görüşərək iqtisadi əlaqələrin inkişafı üçün fikir mübadiləsi aparıb.

    #Türkiyə #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #BMT Baş Assambleyası #BMT Baş Assambleyası Fələstin tanınması #BMT Baş Assambleyasının 80-ci sessiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    14 Fevral 2026 16:40

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    13 Fevral 2026 15:38

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ərdoğan təhqirə məruz qalan qadın bələdiyyə sədrinə dəstək verib

    11 Fevral 2026 15:48

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14
    XƏBƏR LENTİ

    YouTube 21 illik yubileyini 2,7 milyard aktiv istifadəçi ilə qeyd edib

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.