Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Tesla satışları Avropada sürətlə azalır

    25 Sentyabr 2025 10:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Avropa İttifaqı (AB) ölkələrində Tesla markalı avtomobillərin satışları avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz azalıb.

    AzerVoice xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA), Avropa ölkələrinin yanvar-avqust ayları üzrə yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

    Məlumata görə, ABŞ-lı milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin avtomobil satışları AB ölkələrində azalmağa davam edir.

    Tesla satışlarındakı geriləmə artıq 8 aydır ki, davam edir.

    Ötən ilin avqust ayında AB-də 12 min 966 Tesla avtomobili satılmışdısa, bu ilin avqustunda bu rəqəm 8 min 220-yə düşüb. Bununla da Tesla satışları keçən ilin eyni ayı ilə müqayisədə 36,6 faiz azalıb.

    Şirkətin AB-dəki yeni avtomobil bazarındakı payı da avqustda 2 faizdən 1,2 faizə düşüb.

    Tesla-nın yanvar-avqust dövründəki satışları da ötən ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz azalıb. Keçən il 150 min 37 olan satış rəqəmi bu il 85 min 673-ə enib. Şirkətin AB bazarındakı ümumi payı isə 2,1 faizdən 1,2 faizə düşüb.

    AB-yə üzv ölkələr, Avropa Azad Ticarət Assosiasiyasına üzv olan İsveçrə, Norveç, İslandiya və Birləşmiş Krallıq daxil olmaqla, ümumilikdə Tesla satışları avqustda ötən ilin eyni dövrünə görə 22,5 faiz azalaraq 14 min 831, yanvar-avqust dövründə isə 32,6 faiz geriləyərək 133 min 857 olub.

    Qeyd edək ki, Elon Maskın bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə əməkdaşlığı, sərgilədiyi mübahisəli davranışlar və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə verdiyi açıq dəstək, avropalı müştərilərin şirkətdən uzaqlaşmasına səbəb olub.


    #Avropa İttifaqı #Tesla #Elon Musk #Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) #Tesla robotaksi icazəsi #Tesla və CPUC sərnişin daşınması icazəsi #Tesla'nın avtomatik nəqliyyat xidmətləri #Tesla robotaksi xidməti 2025 #Elon Musk və süni intellektli nəqliyyat #Tesla'nın avtomatik taksi layihəsi #Teslaya qarşı hücumlar #Tesla rəqibi #Tesla istehsal dayanması #Tesla satışları #Tesla onlayn sifariş #Avropa Azad Ticarət Assosiasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Elçin Əmirbəyov Polşada işgüzar səfərdə olub

    13 Dekabr 2025 12:18

    Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

    10 Dekabr 2025 13:38

    Aİ ilə Ermənistan arasında imzalanan sənəd sülh gündəliyinə ziddir - XİN

    9 Dekabr 2025 15:36

    Kanada Avropa İttifaqının müdafiə proqramına rəsmi qatılıb

    2 Dekabr 2025 12:11

    Bu həftə diplomatiya baxımından önəmli ola bilər - Kallas

    1 Dekabr 2025 14:24

    Fidanın Berlin səfərində Aİ münasibətləri və Qəzza müzakirə olunacaq

    27 Noyabr 2025 14:51

    Trampın Ukrayna ilə bağlı sülh təklifi Aİ-nin planlarına ziddir

    22 Noyabr 2025 10:33

    Sudan ordu baş komandanı ABŞ və Səudiyyəyə təşəkkür edib

    21 Noyabr 2025 19:49

    Qəzzaya humanitar yardımlar heç vaxt siyasiləşdirilməməlidir - Aİ

    20 Noyabr 2025 16:08

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    20 Noyabr 2025 04:00

    Vaşinqtonda Səudiyyə-ABŞ İnvestisiya Forumu işə başlayıb

    19 Noyabr 2025 04:00

    Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

    17 Noyabr 2025 17:20
    Demo
    XƏBƏR LENTİ

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Əczaçılıq ordudan önəmlidir: İran dövlətçiliyində gizli böhran

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.