Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Özbəkistan

    Şavkat Mirziyoyev Donald Trampla görüşüb

    24 Sentyabr 2025 11:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib.

    AzerVoice xəbər verir ki, liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.

    Görüşdə tərəflər, xüsusilə mülki aviasiya, dağ-mədən sənayesi, mühüm minerallar, maliyyə, innovasiya, kimya və enerji sektorlarında əməkdaşlığın dərinləşdirilməsinə dair razılığa gəliblər.

    ABŞ Prezidenti Tramp, Mirziyoyevin ABŞ-ın 50-dən çox aparıcı şirkət və bank rəhbərləri ilə görüşlərini yüksək qiymətləndirib.

    Tramp bildirib ki, Özbəkistan Prezidentinin bu dəfəki ABŞ səfəri çərçivəsində 105 milyard dollarlıq müqavilə və layihələr imzalanıb. Müqayisə üçün, Mirziyoyevin 2018-ci ildəki Vaşinqton səfərində bu rəqəm 19,4 milyard dollar təşkil etmişdi.

    Ən böyük müqavilələrdən biri “Boeing” şirkətindən 8,5 milyard dollar dəyərində “787-9 Dreamliner” sərnişin təyyarələrinin alınması olub. Liderlərin sözlərinə görə, bu və digər layihələr hər iki ölkədə on minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.

    Görüşün sonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, ABŞ Prezidenti Donald Trampı Özbəkistana rəsmi səfərə dəvət edib.

    #Şavkat Mirziyoyev #Özbəkistan #ABŞ #Donald Tramp #Daşkənd #Vaşinqton #Boeing #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #dağ-mədən sənayesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    14 Fevral 2026 09:20

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edildi

    12 Fevral 2026 19:47

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14
    XƏBƏR LENTİ

    Sürücülərin təhlükəsizliyi üçün sürət həddi endirildi

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    Son bir ildə İranda 15 min nəfər yol qəzasında həlak olub

    Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib

    Forrest Gump – Həyat bir qutu şokolad kimidir

    Hüquq Bələdçisi - Mediator kimdir?

    Fələstin dövlətini tanımamaq üçün heç bir hüquqi əsas yoxdur - Fələstin XİN rəhbəri

    İsrailin Livanda endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub

    Quranda sözlərin təkrarlanma statistikası diqqət çəkir – İlahi mətnin simmetrik quruluşu araşdırılır

    Gün aşırı oruc tutmağın sirləri: Peyğəmbərimizin ən böyük tövsiyəsi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.