Əsas səhifə » Qətər ABŞ-la Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcək

Qətər ABŞ-la Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcək

BAKI, AzerVoice

Qətər hökuməti, ABŞ Prezidenti Donald Trampın Dohaya mayın 14-dən 15-nə qədər planlaşdırılan səfəri çərçivəsində, Suriyaya qarşı tətbiq olunmuş ABŞ sanksiyalarının ləğvi məsələsində Vaşinqtonla qarşılıqlı anlaşma əldə etməyə çalışacaq.

AzerVoice xəbər verir ki, bu barədə Qətərin baş naziri və xarici işlər naziri Mühəmməd bin Əbdürrəhman Al Tani bildirib.

“Məqsədimiz ABŞ ilə yeni Suriya hökumətinə qarşı sanksiyaların ləğvi ilə bağlı razılığa gəlməkdir" - deyə, o qeyd edib.

Qeyd edək ki, aprelin 24-də ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Tim Linderkinq, Vaşinqtonun Suriya ilə bağlı birtərəfli sanksiyaları dərhal aradan qaldırmaq niyyətində olmadığını bildirmişdi. O əlavə etmişdi ki, əgər yeni hökumət konkret addımlar atarsa, ABŞ sanksiyaların yumşaldılmasını nəzərdən keçirə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice