Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Uitkoff İsrailə səfər edəcək

    30 İyul 2025 18:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun bugün İsrailə səfər edəcəyi gözlənilir.

    AzerVoice xəbər verir ki, bu barədə "Axios" portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

    Məlumata görə, bu, Uitkoffun 6 aydan sonra İsrailə ilk səfəri olacaq.

    Nəşrin mənbələrinin bildirdiyinə görə, Uitkoff həmçinin Qəzza zolağına səfər edə və Qəzzaya Humanitar Yardım Fondu (GHF) tərəfindən yaradılan yardım paylama məntəqələrini ziyarət edə bilər.

    Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı humanitar vəziyyətlə daha yaxından tanış olmaq və mülki əhaliyə göstərilən yardımı artırmaq üçün daha düzgün qərar vermək niyyətindədir.

    Qeyd edək ki, iyulun 27-də HƏMAS lideri Xəlil əl-Həyyə, Qəzzanın blokadası davam etdiyi müddətcə İsraillə danışıqların mənasız olduğunu bəyan edib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda iştirak edən İsrail nümayəndə heyətinin geri çağırılması barədə göstəriş verib. Bu qərar HƏMAS-ın atəşkəslə bağlı təklifə verdiyi cavabdan sonra qəbul edilib.

    Stiven Uitkoff isə "X" sosial şəbəkəsində də yazıb ki, Vaşinqton da öz nümayəndələrini Dohadan geri çağırıb. O bildirib ki, HƏMAS-ın son cavabı Qəzzada atəşkəsə razı olmadığını açıq şəkildə ortaya qoyur.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #HƏMAS #səfər #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Stiven Uitkoff
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47
    XƏBƏR LENTİ

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.