Əsas səhifə » Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

BAKI, AzerVoice

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir.

Müdafiə Nazirliyindən BAKI, AzerVoice TurkicWorld-ə verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüş keçirilib.

Bildirilib ki, "IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Görüş zamanı həmçinin ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice